Ölkə

Sumqayıt Bulvarının tikintisini başa çatdıran tanınmış iş adamı Müqayis Verdiyev 3 aylıq həbs olundu

8-10-2016, 12:55
Sumqayıt Bulvarının tikintisini başa çatdıran tanınmış iş adamı Müqayis Verdiyev 3 aylıq həbs olundu. Hal-hazırda Sumqayıt şəhərində məhkəmə prosesi davam edir. Xalqxeber.Az-a daxil olan məlumatda qeyd olunur ki, Müqayis Verdiyevin həbsinin əsas sifarişçisi məhz icra başçısı Zakir Fərəcovdur. Çünki Bulvarın açılışı belə olmasına baxmayaraq, hələ də orada çalışan işçi qüvvəsi əmək haqlarını ala bilməyiblər. İş adamı icra hakimiyyətindən Bulvarın tikintisində istifadə olan matetialların və işçilərin əmək haqqlarını tələb edib. Çünki iş adamına icra hakimiyyəti tərəfindən 12 milyon manat veriləcəkmiş. Lakin icra hakimiyyəti bu məbləği ödəməkdən imtina edərək, əvəzində iş adamının özünü həbs elətditmək qərarına gəliblər. Bir sözlə desək icra hakimiyyəti iş adamına atıb. Ortada zərər çəkən isə zəhmətkeş fəhlələr olub. Aylardır əmək haqqlarını ala bilməyən işçi qüvvəsi, Sumqayıt icra hakimiyyətinin belə çirkin addımına etiraz olaraq Prezident Administrasiyasına yürüş etmək qərarına gəliblər. Hal-hazırda yavaş-yavaş icra hakimiyyəti qarşısında toplaşmaqda davam edən fəhlələr həm iş adamının həbsinə, həm də əmək haqqlarının verilməməsinə etiraz edərək yürüşə keçəcəklər. İcra hakimiyyətinin milyonları mənimsəyərək, iş adamına "torba" tikilməsi işçi qüvvəsi arasında böyük etirazla qarşılandığını dilə gətirən fəhlələr qeyd edirlər ki, ölkə rəhbərliyi Zakir Fərəzovun barəsində ölçü götürməlidir yoxsaki order verərək bizə qənim kəsməməlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]