Ölkə

A.Nəzərli Laçın rayon idarə və müəssələrində olan bütün dövlət qulluğu vəzifələrini həraca çıxarıb

17-09-2016, 22:50
Xeberman.com-a Laçın rayon sakini hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında müvəqqəti məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən şikayət daxil olub. Şikayəti olduğu kimi təqdim edirik:


Azərbaycan Respubilkasının Prezidenti

İlham Əliyev Cənablarına Surəti: Birinci Xanım Mehriban Əliyevaya

Surəti: Prezidenti Administrasiyasının rəhbəri

Ramiz Mehdiyev Cənablarına

Surəti: Təhsil Naziri Mikayıl Cabbarov Cənablarına

Surəti: Baş nazir Artur Rasi-zadə Cənablarına

Surəti: Baş prokuror Zakir Qaralov cənablarına

Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Rəisi Kamran Əliyev cənablarına


Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvəqqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli Cənab Prezident Laçın rayon İcra Başcısı Aqil Nəzərli rayon əhalisinin problemləri ilə maraqlanmaq həll etmək əvəzinə kadır alveri ilə məşquldu Laçın rayonunda elə bir mühüt yaradıb ki, Korrupsiya rüşvət xorluq məmur öz başnalığı əhalinin səbir kasasın daşdırıb.

A.Nəzərli Laçın rayon idarə və müəssələrində olan bütün dövlət qulluğu vəzifələrini həraca çıxarıb

Ixtisasından, Diplomunun saxta olmasından, hərbi xidmətdə olmamasından aslı olmayaraq pulu olan istənilən şəx pulun verib vəzifə ala bilər adi dövlət qulluqçsundan tutmuş, idarə və müəssə rəhbərliyinə İcra Başcısının müavin postuna kimi istənilən vəzifəni açıq bazar mühütudu

Bir çox hallardada hazırkı idarə və müəssə rəhbərləri və icra başcısının müavinləri tutuqları vəzifə ilə vidalaşacağını qabaqcadan başa düşüb A.Nəzərlinin tələb etyi məbləği verməyə məcbur olublar.

Məsələn: belə bir taktiqadan ikinci dəfə istifadə edib Vəzifədə qalmağı bacaran İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri Eldəniz Qasımov 2012-2013 –cü ildə Laçın rayon İcra Hakimiyyətinin tabeliyinde formalaşmış xeyiriyyə fondundan küllü miqdarda vəsaiti yaxın qohumlarının adına yazıb mənimsədiyinə görə Laçın Rayonun sabiq İcra Başçısı R.Cəbrayılıov tərəfindən vəzifədən qovulmuşdur.Lakin R.Cəbrayılıov işdən çıxdıqdan sonra E.Qasımov yüksək məbləğdə rüşvət verərək yenidən İcra Hakimiyyətinə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdri təyin edilmişdi.

Laçın rayon idarə və müəssisə rəhbərlərinin yol verdiyi ciddi korrupsiya faktları və məmur özbaşınalıqları haqqında Laçın rayon sakinlərinin Cənab prezidentə və aidiyyatı dövlət orqanlarına ünvanladğı müracətlər baxılması üçün aidiyyatı üzrə Laçın rayon icra hakimyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilsə də şöbə müdri Eldəniz Qasımov idarə və müəssə rəbərlərindən rüşvət alaraq vətəndaşların müracətlərinə baxılmaması üçün şərait yaradır və dövlət orqanlarına yanlış izahatlar verərək vətəndaşların müracətlərini üst bastır edir.

Cənab Prezident əhalinin yeganə çıxış yolu sizə və Prezident Administrasiyasının rəhbərinə yazılı müracətlər gondərməkdi bu müracətlər aidyati üzrə prezident aparatında Laçın rayon ukratoru Ağa əli müəllimə verilir Ağa əli müəllim ayda bir dəfə vətəndaşlarla görüşmək adı altında Ağcəbədi rayon taxta körpü qəsəbəsinə gəlir Ağa əli müəllim rayona gəlməmişdən qabaq Laçın rayon İcra Hakimyəti tərəfindən Ağa əli müəllimin şərəfinə elə bir ziyafət təşkil olunur ki Ağa əli müəllim vətəndaşlarla görüşə gəldiyi yadan çıxır məclis qutarandan sonra Ağa əli müəllim Laçın rayon idarə və müəssə rəhbərlərindən aylıq hesabın aldıqdan sonra prezident aparatına qayıdır buda Ağa Əli müəllimin vətəndaşlarla görüşü olur Cənab Prezident. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]