Ölkə

İcra başçısı haqqında ilginc iddialar - dil-ağız bağlatdırır

11-12-2015, 20:41
İcra başçısı haqqında ilginc iddialar - dil-ağız bağlatdırırArtıq Raqub Məmmədovun həftədə iki-üç dəfə falçıları öz kabinetində qəbul etməsi ağdamlılar arasında lətifəyə çevrilib.

Adamlar sadəcə bir başçının falçılara bu qədər aludə olmasını gülüş hədəfinə çevirirlər.

İcra başçısı təyin olunduğu gündən qalmaqalları ilə gündəmdən düşməyən və keçmiş deputat, hazırda Daşkəsən rayonunun icra başçısı olan Əhəd Abıyevdən də qalmaqallı və maraqlı şəxsə çevrilən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bu dəfə falçılara olan marağı ilə gündəmə gəlib. İcra başçısının falçılara olan aludəçiliyi və son bir ildə məhz falçılara külli miqdarda pul xərcləməsi ilə bağlı AzFakt.com saytına maraqlı məlumat daxil olub.

Saytımıza Ağdamdan daxil olan məlumata əsasən əvvəllər də falçılara ciddi maraq bəsləyən Raqub Məmmədov MTN-də həyata keçirilən həbslərdən və kadr islahatlarından sonra hər bir addımını falçılarla məsləhələşərək atır. AzFakt.com-a danışan mənbənin iddiasına görə Raqub Məmmədov həftədə iki-üç dəfə İcra Hakimiyyətində falçılarla görüşür. Quzanlıdan, Bərdədən, Xındırıstandan və digər yerlərdən olan müxtəlif falçılara (onların arasında kişilər və qadınlar da var), Prezident Adminstrasiyasında çalışan müxtəlif vəzifə sahiblərinin «dilini-ağzını bağlatdırır».

Belə ki, mənbənin iddia etdiyinə görə Raqub Məmmədovun «dilini-ağzını bağlatdırdığı» məmurlar arasında PA-nın bir neçə yüksək vəzifəli şəxsləri, bölgə kuratoru var. İcra başçısının ən çox «dilini-ağzını bağlatdırdığı» məmurlardan biri isə Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeylal Nağdəliyevdir.

Mənbə bildirir ki, artıq Raqub Məmmədovun həftədə iki-üç dəfə falçıları öz kabinetində qəbul etməsi ağdamlılar arasında lətifəyə çevrilib. Adamlar sadəcə bir başçının falçılara bu qədər aludə olmasını gülüş hədəfinə çevirirlər.

Qeyd edək ki, uzun müddət xüsusi xidmət orqanlarında xidmət keçmiş Raqub Məmmədovun falçılara inanması və onlara vəzifəli şəxslərin «dilini-ağzını bağlatdırması» çox gülünc və acınacaqlı görünür. Bu həm də ağlamalıdır. Ağlamalıdır ki, bizi idarə edənlər dələduz falçılar tərəfindən idarə olunur.

Onu da xatırladaq ki, Azərbaycanda falçılıq rəsmən qadağan olunub.

Qarşı tərəfin mövqyeini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]