Ölkə

Azərbaycanda ən ucuz və bahalı fakültələr, universitetlər - SİYAHI

20-08-2016, 18:18
Azərbaycanda ən ucuz və bahalı fakültələr, universitetlər - SİYAHIAli məktəblərə qəbul imtahanlarını başa vuran abituriyentlər ixtisas seçimi ərəfəsində tərəddüdədirlər. Fins.az bu məqsədlə ali məktəblərin plan yerlərini və fakültələrin qiymətlərini araşdıraraq təqdim edir. Beləliklə,

1-ci qrup – ƏN BAHALI FAKÜLTƏLƏR

ADA Universiteti

Kompüter elmləri – 6500 manat, 40 yer

Kompüter mühəndisliyi – 6500 manat, 40 yer

İnformasiya texnologiyaları – 6500 manat, 40 yer

Sistem mühəndisliyi -6500 manat, 40 yer

Qafqaz Universiteti

Qafqaz Universiteti 1-c i ixtisas qrupunda 8 fakultə ilə təmsil olunur.

Bu qrupda universitetin ən bahalı fakultəsi mexanika mühəndisliyi, kompüter mühəndisliyi, inşaat mühənsidliyi və s.dir – 5200 manat. Fizika və riyaziyyət müəllimliyi isə 3850 manatdır.

Xəzər Universiteti

Xəzər Universitetində ən bahalı fakültələr fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi və Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyidir

Fizika müəllimliyi – 3500 manat, 15 yer

Riyaziyyat və informatika müəllimliyi – 3500 manat, 20 yer

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi – 3500 manat, 25 yer

İnşaat mühəndisliyi – 3500 manat, 20 yer

Kompüter elmləri – 3500 manat, 25 yer

Neft-qaz mühəndisləri – 3500 manat, 25 yer

Mexanika mühəndis – 3500 manat, 25 yer

Kompüter m ühəndisliyi – 3500 manat, 25 yer

Kimya mühəndisliyi – 3500 manat, 25 yer

"Odlar Yurdu” Universiteti

1-ci ixtisas qrupundakı fakültələr sırasında "Odlar Yurdu” Universitetinin ixtisaslarında qiymət eynidir.

Kompüter mühəndisliyi – 3000 manat, 50 yer

Ekologiya mühən disliyi – 3000 manat, 35 yer

Ən bahalı dövlət ali məktəbləri

1-ci qrupdakı dövlət universitetlərində ən bahalı fakültələr Turizm və Menecment və Memarlıq və İnşaat Universitetindədir.

Azərbaycan Turizm və Menecment Universiteti

Qida məhsulları mühəndisliyi – 2500 manat, 20 yer

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Memarlıq və İnşaat Universitetində ən bahalı fakültə memarlıqdır.

Memarlıq -2300 manat, 95 yer

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

İnformasiya texnologiyaları – 2200 manat, 50 yer

Sistem mühəndisliyi – 2200 manat, 25 yer

Dövlət İdarəçilik Akademiyası

Kompüter elmləri – 2000 manat, 30 yer

1-ci qrup – ƏN UCUZ FAKÜLTƏLƏR

Bu qrup üzrə özəl ali məktəblərdə ən ucuz fakültələr Naxçıvan və Mingəçevir Dövlət Universitetlərindədir. Özəl ali məktəblər sırasında isə "Naxçıvan”, "Təfəkkür” və Kooperasiya Universitetləridir.

"Naxçıvan” Universiteti

İnformatika müəllimliyi-1500 manat, 20 yer

Riyaziyyat və informatika müəllimliyi -1600 manat, 20 yer

"Təfəkkür” Universiteti

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1800 manat, 20 yer

Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili mühəndisliyi – 1800 manat, 20 yer

Azərbaycan Kooperasiya Universiteti

Riyaziyyat – 2000 manat , 50 yer

Çoxişlənən mallların texnologiyası mühəndisliyi- 2200 manat, 50 yer

İstehlak mallarının ekspertizası və marketinqi – 2200 manat, 50 yer

Qida Məhsulları mühəndisliyi – 2200 manat, 30 yer

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi – 2300 manat, 50 yer

Dövlət ali məktəb lərində I ixtisas qrupu üzrə ən ucuz fakültələr Texnologiya Universitet və Naxçıvan və Mingəşevir Dövlət Universitetindədir.

Azərbaycan Texnologiya Universiteti

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi – 1000 manat, 25 yer

Mingəçevir Dövlət Universiteti

Elektroenergetika mühəndisliyi – 1000 manat, 15 manat

Riyaziyyat və informatika müəllimliyi – 1200 manat, 30 yer

Elektroenergetika mühəndisliyi – 1200 manat, 30 yer

İstilik energetika mühəndisliyi – 1200 manat, 25 yer

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi – 1200 manat, 25 yer

Ekologiya mühəndisliyi – 1200 manat, 30 yer

İnformasiya texnologiyaları – 1200 manat, 30 yer

Naxçıvan Dövlət Universiteti

Yerüstü nəqliyyat vasitələrin in mühəndisliyi -1000 manat, 15 nəfər ( qiyabi)

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi -1200 manat, 20 yer (əyani)

Ekologiya mühəndisliyi- 1200 manat, 15 yer
 

2-ci qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR

ADA Universiteti

İqtisadiyyat – 6500 manat, 80 yer

Biznesin idarə edilməsi – 6500 manat, 80 yer

Beynəlxalq münasibətlər – 6000 manat, 80 yer

Qafqaz Universiteti

Qafqaz Universiteti 2-ci ixtisas qrupunda 7 fakültə ilə təmsil olunur. Bu qrupda universitetin ən bahalı fakültələri maliyyə, dünya iqtisadiyyatı və biznesin idarə edilməsidir – 5850 manat. Beynəlxalq münasibətlər isə 5500 manatdır.

Maliyyə – 5850 manat, 20 yer

Biznesin idarə edilməsi – 5850 manat, 20 yer

Dünya iqtisadiyyatı – 5850 manat, 25 yer

Beynəlxalq münasibətlər – 5500 manat, 30 yer

Mühasi bat uçotu – 5200 manat , 50 yer

Dövlət və bələdiyyə idarəetməsi – 5200 manat, 30 yer

Sənayenin təşkili və iadarə olunması – 4750 manat, 50 yer

Xəzər Universiteti

Regionşünaslıq – 4500 manat, 25 yer

Beynəlxalq münasibətlər – 4500 manat, 25 yer

Mühasibat uçotu və audit – 4000 manat, 25 yer

Maliyyə – 4000 manat, 25 yer

İqtisadiyyat – 4000 manat, 15 yer

Menecment – 4000 manat , 20 yer

Marketinq – 4000 manat, 15 yer

Biznesin idarə edilməsi – 4000 manat, 20 yer

Turizm və otelçilik – 4000 manat, 25 yer

2-ci qrupda – ƏN UCUZ FAKÜLTƏLƏR

Bakı Dövlət Universiteti

Coğrafiya – 1300 manat, 15 yer ( qiyabi)

Coğrafiya – 1600 manat , 90 yer (əyani)

Coğrafiya müəllimliyi – 1500 manat, 120 yer

Hidrometeorologiya – 1600 manat, 25 yer

İqtisadiyyat – 1600 manat , 15 yer (qiyabi)

İqtisadiyyat – 1900 manat , 75 yer (əyani)

Sosiologiya – 1800 manat, 30 yer

Regionşünaslıq – 1800 manat, 170 yer

Turizm və otelçilik – 1900 manat, 55 yer

Dünya iqtisadiyyatı – 2300 manat , 100 yer

2-ci ixtisas qrupunda ucuz təhsil haqqı təklif edən digər universitetlər Dillər, Texniki və Pedaqoji Universitetlərdir. Azərbaycan Dillər Universitetində ən ucuz ixtisas regionşünaslıqdır- 1000 manat. Texniki Universitetdə ən ucuz fakültə 1300 manatdır. Pedaqoji Universitetdə qiymətlər bundan cəmi 20 manat fərqlənir -1320 manat.

Azərbaycan Dillər Universiteti

Regionşünaslıq (Almaniya) – 1000 manat, 10 yer

Regionşünaslıq (Fransa) – 1000 manat , 10 yer

Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa ölkələri) – 1500 manat, 10 yer

Regionşünaslıq (Qafqaz ölkələri) – 1500 manat, 10 yer

Regionşünaslıq (Norveç) -1500 manat, 10 yer

Regionşünaslıq (Yaponiya) – 1500 manat, 10 yer

Regionşünaslıq (Çin) – 1500 manat, 10 yer

Regionşünaslıq (Argentina) – 1500 manat, 10 yer

Azərbaycan Texniki Universiteti

Sənayenin təşkili və idarə olunması – 1300 manat, 15 yer (qiyabi )

Sənayenin təşkili və idarə olunması – 1600 manat, 90 yer (əyani)

Menecment – 1600 manat, 30 yer

Nəqliyyat servisi – 1500 manat, 30 yer

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tarix və coğrafiya müəllimli – 1320 manat, 60 yer

Coğrafiya müəllimliyi – 1320 manat , 90 yer

Bu qiymətlər filiallarda da eynidir.

3-cü ixtisas qrupu – ƏN BAHALI İXTİSASLAR

ADA Universiteti

Dövlət və ictimai münasibətlər fakültəsi – 6000 manat,80 yer

Qafqaz Universiteti

Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı) – 4800 manat, 45 yer

Tərcümə (ingilis dili )- 4800 manat, 60 yer

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 4200 manat, 50 yer

Xəzər Universiteti

Politologiya – 4500 manat, 25 yer

Dizayn – 3500 manat, 20 yer

Pedaqoji fakültələr – 3500 manat , 110 yer

Tərcümə – 3500 manat , 50 yer

3-cü qrupda – ƏN UCUZ İXTİSASLAR

Azərbaycan Dillər Universiteti

Filologiya (alman v ə fransız dili) – 1000 manat, 20 yer

Tərcümə (alman dili, fransız dili) – 1000 manat ,24 yer

Dil və ədəbiyyat müəllimliyi (fransız dili) – 1000 manat, 12 yer

Xarici dil müəllimliyi (fransız dili ) – 1000 manat, 48 yer

Xarici dil müəllimliyi (alman dili ) – 1000 manat, 48 yer

Bakı Dövlət Universiteti

İbtidai sinif müəllimliyi (Qazax filialı) – 1200 manat, 25 manat

Məktəbəqədər təlim və tərbiyə (Qazax filialı )- 1200 manat, 25 manat

Naxçıvan Dövlət Universiteti

Xarici dil müəllimliyi (alman dili) -1200 manat, 15 yer

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi -1300 manat, 40 yer

Xarici dil müəllimliyi (fransız dili)-1300 manat, 15 yer

Tarix müəllimliyi -1300 manat, 40 yer

Kitabxanaçılıq və informasiya -1300 manat ,20 yer

Naxçıvan Müəllimlər İnstitutu

İbtidai sinif müəllimliyi-1300 manat, 165 yer

Məktəbəqədər təlim və tərbiyə -1300 manat, 30 yer

Təhsildə sosial- psixoliji xidmət -1300 manat, 25 yer

4-cü qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR

Qafqaz Universiteti

Psixologiya – 3850 manat, 25 yer

Biologiya müəllimliyi – 3850 manat, 25 yer

Kimya müəllimliyi – 3850 manat, 25 yer

Xəzər Universiteti

Psixologiya-3500 manat, 25 yer

Biologiya müəllimliyi- 3500 manat, 20 yer

Kimya müəllimliyi- 3500 manat, 20 yer

Kimya və biologiya müəllimliyi – 3500 manat, 30 yer

Odlar Yurdu Universiteti

Biologiya fakültəsi – 3000 manat, 50 yer.


5-ci qrupda – ƏN BAHALI FAKÜLTƏLƏR

Bakı Musiqi Akademiyası

İnstrumental ifaçılıq – 3000 manat, 90 yer

Solo oxuma – 3000 manat, 24 yer

Dirijorluq – 3000 manat,15 yer

Bəstə karlıq – 3000 manat, 5 yer

Musiqişünaslıq – 3000 manat, 22 yer (əyani)

Azərbaycan Milli Konservatoriyası

Solo oxuma – 3000 manat, 16 yer(əyani)

Solo oxuma – 2400 manat, 4 yer(qiyabi)

Dövlət Rəssamlıq Akademiyası

Administratorla əlaqə

077 611-55-22

[email protected]