Ölkə

Sumqayıtda fəhlələr ayağa qalxdı - AKSİYA

18-08-2016, 21:40
Sumqayıtda fəhlələr ayağa qalxdı - AKSİYA
Sumqayıtda fəhlələr aksiyaya qərar verilib. Yüzlərlə fəhlənin haqqın yeyən iş adamı Müqayis Verdiyevə qarşı Sumqayıtda etiraz aksiyası başlayıb. Bu barədə Azerinews.tv -yə aksiya iştirakçılarından biri xəbər verib. İddiaya görə, aylardı pullarını ala biməyən fəhlələr Sumqayıt icra hakimiyyətinin qarşısına toplaşaraq pullarını tələb edir. Bir neçə gündür aradan çıxan Müqayis Verdiyev nəhayət ki, ortaya çıxaraq bu gün fəhlələrin pulunu verəcəyini deyib. Amma buna baxmayaraq günəmuzd işləyən fəhlələr aksiyanı dayandırmayıblar.
 
 
Hal - hazırda yüzlərlə fəhlə Sumqayıt İcra Hakimiyyətinin qarşısında icra başçısının onlarla görüşməyini tələb edirlər. Fəhlələrin keçirdiyi aksiyanı dayandırılması üçün polis qüvvələri hadisə yerinə yeridilib.

Yaxın saatlada da geniş məlumat verməyə çalışacağıq...

Onuda qeyd edək ki, vaxtı ilə İmişli və Goranboy rayonlarında tikinti-abadlıq işlərini öz üzərinə götürən Müqayis Verdiyev ona dövlət tərəfindən ayrılmış pul vaxtında almasına baxmayaraq fəhlələri aksiyaya məcbur etmişdi. Fəhlələrin haqqını yiyən Müqayis Verdiyev pulları mənimsəməkdən ötrü bir neçə şəxslərlə əlbir olaraq, təmiir-tikinti üçün ayrılmış vəsaitə sahib çıxmışdı. Elə bu səbəbdən də onun həbsinə qərar verilmidi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]