Ölkə

Etibar Pirverdiyevi bitirəcək fakt

24-11-2015, 12:31
«Bu göstərici 1990-cı ildə 7 milyondan artıq əhalinin bütün ilboyu istehlak etdiyindən 400 milyon kilovat/saat çoxdur».
Dövlət qurumları Azərbaycan üzrə ümumi istehlakdan 40 faiz çox elektrik enerjisi işlədib?

AXCP Rəyasət Heyətinin üzvü, tanınmış iqtisadçı Nemət Əliyev «Facebook» səhifəsində rəsmi məlumatlara istinadən «Azərenerji»nin prezidenti Etibar Pirverdiyevi bitirəcək fakt açıqlayıb. Nemət Əliyevin yazdıqlarını təqdim edirik:

«Israfçılıq baş alıb gedir. Dur deyən tapılmır. Dövlət büdcəsindən maliyyələşən təşkilatların mədəsi çox böyüyüb. Bu ilin 9 ayında büdcə təşkilatları nə az, nə də çox, düz 1 milyard 399 milyon kilovat/saat elektrik enerjisi istifadə edib. Bu göstərici 1990-cı ildə 7 milyondan artıq əhalinin bütün ilboyu istehlak etdiyindən 400 milyon kilovat/saat çoxdur.

O dövrdə bütün əhali kateqoriyasının illik istehlak səviyyəsi bir milyard kilovat/saat olub. Bir milyard kilovat/saat elektrik enerjisi Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da daxil olmaqla respublikanın bütün kəndlərini, rayon mərkəzlərini, şəhərləri gecə-gündüz işıqlandırmağa yetərli olub. Özünüz qiymət verin, büdcə təşkilatlarının bundan 40 faiz artığını istifadə etməsinə kimi inandırmaq olar? Bəlkə, bizim büdcə təşkilatları Azərbaycan boyda başqa bir məmləkəti də öhdələrinə çəkib?»

Administratorla əlaqə

077 611-55-22

[email protected]