Ölkə / Müsahibə / Mədəniyyət

Sain Fərhad: Azərbaycanda bu sahədə bizdən başqa peşəkar döyüş xoreoqrafları yoxdur

2-08-2016, 23:30

 

Sain Fərhad: Azərbaycanda bu sahədə bizdən başqa peşəkar döyüş xoreoqrafları yoxdurXeberman.com "Action AcademyTəsisçi, Döyüş Səhnələri Üzrə Xoreoqraf və Aktyor  Sain Ferhadla  müsahibəni təqdim edir.


 

 

 

Salam. Öncədən sizə təşəkkür edirəm ki, dəyərli vaxtınızı bizə ayırıb müsahibə verirsiz. Çox sağolun Sain bəy. Ilk sualımız sizə belə olacaq ki, Action janırında film çəkməyə nə zaman başlamısız?

 

 

Məndə təşəkkür edirəm ki, diqqət ayırırsız, inşallah bu bizim gələcək işlərimizdə öz bəhrəsini verəcək. Ilk dəfə biz işə 6 il öncə başlamışıq. İlk filmimiz "No Trust” yəni” Doğru olmayan” adlı film olub. Həmin film peşəkar film olmayıb. Artıq 3 ildir ki, biz peşəkar Sain Fərhad: Azərbaycanda bu sahədə bizdən başqa peşəkar döyüş xoreoqrafları yoxdursəviyyədə həm qısametrajlı, həmdə d’ tam metrajlı filmlərdə işləyirik.

 

Sain bəy bəs sizdən qabaq Action janrında film çəkən olub?

 

 

Bizdən qabaq ən çox tanınan film "Qorxma mən səninləyəm” Yuli Qusmanın film olub. Həmin filmin 30 ildən sonra ardı çəkildi .Bu film çəkilərkən biz də bir neçə nəfərlə iştirak etdik və 1919-ci ilin döyüş səhnələrini qurduq. Bizdən qabaq döyüş janrında "Qorxma mən səninləyəm” filmi yadda qalan olub.

 

Sain bəy hal-hazırda bu janırda sizə rəqib olan və ya bu janırda film çəkən həmkarınız varmı?

 

 

Müxtəlif janrlarda işləyən həvəskar və peşəkar insanlar var, amma bu janrda çalışan bizdən başqa peşəkarı aktyor və döyüş xoreoqrafı yoxdur deyə bilərəm. Biz, rəsmi olaraq Action Academy adı altında fəaliyyət göstəririk və bu fəaliyyətimizi Mədəniyyət və Sain Fərhad: Azərbaycanda bu sahədə bizdən başqa peşəkar döyüş xoreoqrafları yoxdurTurizm Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi dəstəkləyir.

 

 

Sain bəy sizin komanda yəni film çəkərkən neçə nəfərdən ibarətsiz?

 

Bizdə əsasən komanda da 5 nəfərdi ,amma çəklişdən aslı olaraq aktyor heyyətini artıra da bilirik. Yaxın gələcəkdə əsas komandanı genişləndirmək fikirimiz var. Bunun üçün bizim akademiyada 2017-ci ilin əvvəlindən seminarlar təşkil olunacaq. Bundan sonra bizim əlimizdə daha çox döyüşçü aktyor olacaq.

 

Sizin kimi peşəkar aktyor olmaq üçün tələbələr hansı kırterıyaları keçməlidir , sizin akademiyada?

 

 

Biz artıq Azərbaycan " Vin Çun” idman kulubunda 3 günlük seminarlar verdik. Seminarların sayəsində döyüşçülər , döyüşçü aktyor kimi hazırlıq keçdilər və onlara sertifkatlar təqdim olundu. Bundan qabaq "Yarat Art” mərkəzində mühazirəm oldu. Belə seminarların və mühazirlərin sayəsində döyüşçü aktyor rolunu anlayan idmançılarımız var. Bundan başqa biz idmançı aktiyorları seminarlar, ustad Sain Fərhad: Azərbaycanda bu sahədə bizdən başqa peşəkar döyüş xoreoqrafları yoxdurdərsləri və mühazirlər vasitəsi ilə yetişdiririk . Gəlcəkdə bu fəaliyyəti daha çox genişləndirməyi düşünürük.Həmçinin akademiyamızda nəinki döyüş xpreoqrafiyası və döyüşçü aktoyorluğu üzrə seminarlar keçirməyi düşünürük, həmçinin bizim ölkədə yaşayan peşəkar rejissorları, operatorları, montajçılar və senaristləri dəvət edib onlarla da seminarlar təşkil etməyi düşünürük. Akademiyamızın yetişdirdiyi döyüşçü aktyorların daha çox bilikli olmağını istəyir. Biz döyüşçü aktyorlarla işləyəcəy psixoloqları da dəvət edib seminarlar keçirməyi düşünürük. Çünki döyüşçü aktyorların çəkilişlər zamanı keçirdiyi həyəcan və stress hamsı psixoloqlar tərəfindən tənzimlənir və formalaşdırılır ki, çəklişlərə tam arxayın qatıla bilsinlər.

 

Sain bəy tamaşaçı üçündə çox maraqlı olar indiyə qədər Action janrında neçə film çəkmisiz?

 

 

Təxminən 8-9 film olub ki,bizim iştirakımızla çəkilib.Məsələn”Qorxma Mən səninləyəm 1919”, ”Əli və Nino ", "İnfeksiya ”filmində döyüşləri qurduq kaskadyor kimi iştirak etdik. Sonra” Zabitin şərəfi”,” Kişi papağı” "Kədərimdə” dı hımçinin. Mən ola bilsin ki, indi hamsını xatırlaya bilməyim. "Obyekt 77” qısametrajlı döyüş filmimiz Avstraliyada 1226 filiminaras;nda finalist oldu və 2-ci yerə qədər yüksəldi.

 

Sain Fərhad: Azərbaycanda bu sahədə bizdən başqa peşəkar döyüş xoreoqrafları yoxdurSain bəy indən sonra film sahəsində hansı proyektləriniz var?

 

 

Aəzrbaycan keşfiyyatçıları haqqıdna film çəkməyi düşünürük. Əslindəfikirlərimi gizli saxlamaq istəyirdim,amma alınmadı. Bundan əlavə, Ukraynada yaşayan həmyerlilərimizin rəhbərlik etdiyi Azərbaycan rəqslərini və ümumilikdə Qafqaz rəqslərini təbliğ edən bir nömrəli "Qafqaz” ansamblı ilə film çəkilişlərinə başlamağı planlaşdırırıq.

 

Sain bəy sizdən başqa bu sahədə peşəkar olaraq məşğul olan kimlər var ?

 

 

Azərbaycanda bu sahədə bizdən başqa peşəkar döyüş xoreoqrafları yoxdur. Onlar yalnız özləri özlərini peşəkar adlandırırlar. Döyüş xoreoqrafı olmaq üçün, kino aləminin bütün sahələrindən kifayət qədər anlayışı olmalıdır. Döyüş Səhnələri Üzrə Xoreoqraf - bu sözü Azərbaycanda ilk dəfə əsaslı olaraq mən işlətdim. Lakin hal hazırda özünə döyüş xoreoqrafı deyən nalayiq insanların da sayı artmaqdadır. Belə insanlar istənilən sahədə həmişə olub. Belələrinə rusca "самозванцы” deyirlər. Mən bir neçə il öncə döyüş səhnələri üzrə təlimatçı-xoreoqraf kimi beynəlxalq dərəcəli sertifikatla təltif olunmuşa.

 

Sain bəy istərdim beynəlxalq səviyyədəki, uğurlarınızdan danışardınız?

 

 

Bizim Almaniyada və Türkiyədə böyük proyektlərimiz gözlənilir. Çox əfsuslar olsun ki, Türkiyədəki duruma görə, Hollivudla görüləcək proektlərimiz hələlik təxirə salınıb. Amma xarici əlaqəlirin güclü olması, yaxın gələcəkdə mütləq öz nəticəsini verəcək.

Sain bəy bizdə Xeberman.com saytı adından sizə təşəkkür edirik dəvətimizi qəbul edib bizə müsahibə verdiyiniz üçün . Bu sahədə sizi dəstəkləməyə hər zaman hazırıq

Çox sağolun, siz artıq ikinci dəfədir öz saytınız vastəsi ilə bizə dəstək olursuz . Siz mətbuat işçilər nə qədər bizə dəstək olsanız biz də bir o qədər inkişaf edərik. Çox sağolun qələminiz həmişə iti olsun!

 
Müsahibəni hazırladı:
 Polad Aslanov

Administratorla əlaqə

077 611-55-22

[email protected]