Ölkə

Zəlzələ İmişlini bu hala saldı - VİDEO

1-08-2016, 20:09
Bu gün İmişli rayonunda yeraltı təkanlar baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk təkan səhər saatlarında, saat 08:49-da qeydə alınıb. 25 km dərinlikdə baş verən 5.6 maqnitudalı zəlzələ 4 bala yaxın hiss olunub.

İkinci yeraltı təkan 3.9 maqnitudada 22 km dərinlikdə olub.

Saat 11:51-də qeydə alınan üçüncü təkanın dərinliyi 28 km, maqnitudası 4.1 olub.

Zəlzələ yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Təkanlar zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

Rayon ərazisində ciddi fəsadlar qeydə alınmayıb.

Hazırda rayon Fövqəladə Hallar komisiyası tərəfindən araşdırma aparılır. (Region TV)




 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]