Ölkə

Gəncədə həkimlərin «ölüm terroru»-Baş həkimin səhlənkarlığı - ŞİKAYƏT

6-07-2016, 13:59

Baş həkim İlyas Həsənov

Gəncə Şəhər Beynəlxalq Özəl Xəstəxanasında ölüm hadısəsi

Bakı şəhər Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Ali küçəsi ev-5-də yaşayan Məmmədova Aybəniz Şəmsad qızı tərəfindən Miq.az-ın redaksiyasına daxil olmuş şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə
Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya
Sürəti: Türkiyənin Azərbaycandaki Fövqəladə və
Səlahiyyətli səfiri cənab Alper Çoşkuna
Sürəti: Miq.az saytının rəhbərliyinə
Sürəti: Verğilər Naziri cənab Fazil Məmmədova

Ərizə

Möhtərəm cənab Prezident və çox hörmətli Mehriban xanım! Hörmətli cənab səfir! Hörmətli sayt Rəhbərləri! Hörmətli cənab nazir! Ürək ağrısı və acı göz yaşları ilə Sizlərə məlum etmək istəyirəm ki, 2016-ci ilin may ayında mərhum həyat yoldaşım Məmmədov Qərib Əli oğlunun səhhətindəki ciddi problemlə bağlı həkimlərə müraciət etmək istəyəndə yaxın qohumlarımın məsləhəti ilə həyat yoldaşımı Gəncə Şəhər Beynəlxalq Özəl Xəstəxanasına aparmalı oldum. Bu xəstəxanada çox savadlı və təcrübəli həkim kimi bizə zəmanətlə deyilən türkiyəli həkim Süleyman Lütfi Dinçerlə görüşməli oldum. Görüşərkən göydə Allaha, yerdə ona pənah gətirib kömək istədiyimi bildirəndə türkiyəli həkim Süleyman Lütfi Dinçer mənə elə xəstənin yanındaca ürək-dirək verib tam əmin etdi ki, xəstəni yəni mərhum həyat yoldaşımı inşallah, 20-gün müddətinə ayağa qaldırıb sağaldacaq. Az qala həkimə Allah qədər inandığım üçün minnətdarlıq da etməyi unutmadım. Bu zaman türkiyəli həkim Süleyman Lütfi Dinçər bildirdi ki, xəstənin 20-günə sağalıb ayağa qalxması üçün 10.000 (on min) manat pul xəstəxananın hesabına keçirməliyəm. Həkimin dediyi kimi, yəni 24.05.2016-ci il tarixdə Gəncə Şəhər Beynəlxalq Özəl Xəstəxanasının hesabına 10.000 (on min) manat pul keçirib qəbz aldım və bu barədə məlumatı, Süleyman Lütfi Dinçerə bildirdim. Artıq xəstənin halı yaxşılaşır, ümidlərimiz özünü doğruldur və hər dəfə Süleyman Lütfi Dinçerlə görüşərkən az qala əlindən öpürdük. Xəstənin rənginin özünə qayıtması, iştahının yaranması bütün ailə üzvlərimizi sevindirirdi.

Lakin bu sevincimiz çox uzun sürmədi. Çünki, bu ərəfədə mərhum həyat yoldaşımın müalicə aldığı xəstəxananın baş həkimi yenisi ilə yəni, İlyas Həsənovla əvəz ediləndən sonra bizim çətin günlərimiz başladı. Ən əsası türkiyəli həkim Süleyman Lütfi Dinçerə qarşı yeni təyin olunan baş həkim İlyas Həsənov tərəfindən sərgilənən ögey münasibət, gözügötürməməzlik bizim xəstəmizə böyük problemlər yaratmağa başladı. Dünənə kimi xəstəmizi bir dəqiqə də olsun nəzarətsiz qoymayan tibb personalı indi saatlarla xəstəmizi "unutmağa”, xəstənin sahibi kimi bizlərdən qaçıb gizlənməyə, xəstəyə yardım göstərməməyə başladılar. Səbəbi ilə maraqlananda günahı baş həkim İlyas Həsənovda axtarmağı məsləhət görürdülər. Dəfələrlə baş həkimlə görüşmək cəhdlərimiz uğursuzluqla nəticələndi. Türkiyəli həkim isə bizlərdən qaçmağa başladı. Və nəticədə yəni 10 iyun 2016-ci ildə mərhum həyat yoldaşım vəfat etdi. Axı onun 20-günə sağalıb ayağa duracağına dair söz verib, 10.000 (on min) manat pul ödətdirən, göydə Allaha, yerdə inanıb pənah gətirdiyimiz Süleyman Lütfi Dinçər adlı türkiyəli həkim bizləri tam əmin edib arxayın etmişdi. Əminliklə deyə bilərəm ki, mənim mərhum həyat yoldaşım həkim səhlənkarlığı, həkim yarıtmamazlığı, həkim savadsızlığı ucabatından vəfat etmişdirsə, digər tərəfdən yeni baş həkim İlyas Həsənovun iddiasının, mənəm- mənəmliyinin, pula hərisliyinin qurbanı olmuşdur.

Möhtərəm cənab Prezident və çox hörmətli Mehriban xanım! Sizlərdən xahiş edirəm yuxarıda qeyd etdiklərimlə əlaqədar Gəncə Şəhər Beynəlxalq Özəl Xəstəxanasının baş həkimi və türkiyəli həkim Süleyman Lütfi Dinçər barəsində qanuni ölçü götürülməsi və qohum-qardaşlardan borc alıb ödədiyim 10.000 (on min) manat pulumuzun geri qaytarılması üçün əlaqədar orqan rəhbərlərinə göstəriş verəsiniz.

Hörmətlə cənab Səfir! Sizdən rica edirəm, mərhum ümummili liderimiz H.Əliyevin "Bir millət, iki dövlət” fikrinə xələl gəlməsin deyə, türkiyə vətəndaşı Süleyman Lütfi Dinçer adlı həkimin tapılaraq üzə çıxması və ailəmizə vurduğu mənəvi zərəri deyil, heç olmazsa maddi zərəri -10.000 ( on min) manat pulumuzun geri qaytarılmasına öz yardımınızı əsirgəməyəsiniz.
Dəyərli sayt rəhbərləri! Sizdən bir ana kimi xahiş və rica edirəm ki, göz yaşları ilə yazdığım bir müraciətimi ictimailəşdirib, ictimai qınaq, ictimai tənbehlə İlyas Həsənovları xalqa tanıtdırıb göstərəsiniz ki, onların torlarına düşən olmasın, ailə başçısını itirmək olayı ilə qarşılaşmasınlar.

Hörmətli cənab nazir Fazil Məmmədov! Son anda aldığımız məlumata görə Gəncə Şəhər Beynəlxalq Özəl Xəstəxanasının sahiblərindən biri Sizsiniz. Ona görə də Sizlərdən acizanə rica edirəm ki, məsələyə bir nazir kimi, bir insan kimi doğma münasibət göstərib ailə başçısını adı çəkilən Xəstəxananın baş həkimi İlyas Həsənovun bacarıqsızlığı və səriştəsizliyi üçbatından itirdiyimdən mənə mənəvi dəstək olmaqla yanaşı həm də ödədiyim 10.000(on min) manat pulumu geri qaytarmaq üçün səlahiyyətlərinizdən istifadə edib köməklik edəsiniz.

Miq.az-ın əməkdaşı sözügedən şikayət məktubu ilə əlaqədar xətəxananın hüqüqşünası Samir Zeynalovla əlaqə saxlayaraq məsələyə münasibət öyrənib. Samir Zeynalov baş vermiş ölüm hadisəsinə münasibət bildirərək qeyd etdi ki, həmin xəstənin müalicə və müayinəsi ilə həm xəstəxanamızın sabiq baş direktoru Prof.Dr. Süleyman Lütfi Dinçer, həm də digər ixtisaslı həkimlərimiz və tibb işçilərimiz bilavasitə məşğul olmuşlar.

Mərhumun ailə üzvləri tərəfindən xəstəxanaya ödənilən vəsait bütünlüklə xəstənin 18 gün müddətinə aparılan müayinəsinə, müalicəsinə, dərmanlarına, yatışına və s. xidmətlərə sərf edilmişdir. Ödənilən vəsaitin sərfiyyatı ilə bağlı müayinə protokolları mövcuddur. Heç bir həkim (ixtisasından, biliyindən və elmi dərəcəsindən asılı olmayaraq) xəstəni sağaldıb ayağa qaldırmağa 100% söz verə bilməz. Həkimlərimiz xəstəni yaşatmaq üçün əllərindən gələni etsələr də, xəstəni yaşatmaq mümkün olmadı. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]