Ölkə

NAXÇIVANDA SABİQ NAZİRƏ HÖKM OXUNDU – Generala 14 il həbs verildi

24-06-2016, 19:16
NAXÇIVANDA SABİQ NAZİRƏ HÖKM OXUNDU – Generala 14 il həbs verildi

Naxçıvan Hərbi Məhkəməsində Muxtar Respublikanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Qasım Əliyev sədrlik edib. Qapalı keçirilən prosesdə sabiq nazirə hökm oxunub. Hökmə görə, Vəli Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant V.Ələsgərovun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

V. Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]