Ölkə

Cavid Qurbanova qarşı aclıq aksiyası - FOTOLAR

12-11-2015, 16:49
Cavid Qurbanova qarşı aclıq aksiyası -  FOTOLAR

Bu gün bir qrup dəmiryolçu Bakı Vaqon Deposunun Sərnişin Xidməti Məntəqəsinin qarşısında aclıq aksiyası keçiriblər.
Aksiyaya səbəb onların iş saatlarının düzgün hesablanmaması və heç bir səbəb olmadan işdən çıxarılmaları olub. Etirazçılar bütün haqsızlıqların "Sərnişindaşıma” departamentinin rəisi Elyar Muradov tərəfindən edildiyini bildirdilər.
Musavat.com-un əməkdaşı etirazını bildirən dəmiryolçularla görüşüb və onların şikayətlərini dinləyib.
Aclıq aksiyası keçirənlərdən Əbülfət Əliyev departament rəisi Elyar Muradovun ona qarşı haqsızlıq etdiyini dedi: "Elyar Muradov məni 40 gün işdən qanunsuz saxladı. Məcbur olub, ərizə yazaraq çilingər vəzifəsinə keçdim. Çilingər işləyərkən mənə saatı 86.8 qəpik əmək haqqı yazdılar. Onlara bildirdim ki, indiki zamanda bu qədər az əmək haqqı ilə dolanmaq mümkün deyil. Lakin onlar etirazıma əhəmiyyət vermədilər. Şikayətimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə çatdırmaq istəyirəm ki, 1 saatı 86 qəpiyə tarif haradan götürülüb və kim tərəfindən təsdiqlənib. 13-cü əmək haqqım ödənilmir. Əmək müqaviləsi olmadan 1 il 8 ay işlədiblər, indi deyirlər ki, müqaviləyə qol çək, səni işə buraxaq. Oktyabrın 16-dan bu vaxta kimi işləmirəm. Bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək istəyirəm. Bilmək istəyirəm ki, 25 ilin bələdçisini heç bir səbəb göstərmədən, işdən nəyə görə çıxarırlar? Bütün bu özbaşınalıqlar Elyar Muradov gələndən sonra başladı. "Sərnişindaşıma"da haqsızlıq baş alıb gedir".
16 ildir ki, "Sərnişindaşıma"da çalışan Fərid Əliyev ona xəbərdarlıq etmədən işdən çıxarıldığını dedi: "16 ildir ki, "Sərnişindaşıma"da bələdçi işləyirəm. İşlədiyim zaman qüsursuz və məsuliyyətli iş aparmışam. İşə gəlmişəm, mənə deyirlər ki, işdən çıxmısan. Rəhbərlik səni işdən çıxarıb. Bu barədə "Sərnişindaşıma”nın rəisi Elyar Muradova zəng edib, bildirdim ki, məni nə üçün işdən çıxarıblar. Xahiş elədim ki, az maaşla olsa da, icazə verin işləyim. O, mənə telefonda bəli desə də, bu gün məni işə buraxmırlar. Bir sözlə yalan vədlər verir. Neçə gündür ki, burada yağışın altında aclıq aksiyası keçirirəm. Buna baxmayaraq, Elyar Muradov bu barədə xəbəri olsa da, məni qəbul etmir. Bu sahədə 16 ildir ki, gəncliyimi yandırmışam. İki azyaşlı övladım var. Gəlir yerim yalnız buradan idi. Dəmiryolunda təkcə mənim deyil, atamın da xidmətləri olub. Atam 1991-ci ildə dəmiryolda işləyirdi. Müharibə vaxtı çox adam qaçıb, canını qurtardı. Lakin atam ölümü gözə alaraq, Naxçıvanla Azərbaycanın əlaqəsi kəsilməsin deyə dəmiryolunu bərpa eləmişdi. Həmin vaxt atamı ermənilər əsir götürmüşdü. İndi əlildir, xəstədir. Mənimlə bir yerdə qalır. Bu ölkə üçün bu cür xidmətləri olan insanlara Elyar Muradov hörmət qoymur".
dogruxeber.com


Cavid Qurbanova qarşı aclıq aksiyası -  FOTOLAR  Cavid Qurbanova qarşı aclıq aksiyası -  FOTOLAR  Cavid Qurbanova qarşı aclıq aksiyası -  FOTOLAR  Cavid Qurbanova qarşı aclıq aksiyası -  FOTOLAR  Cavid Qurbanova qarşı aclıq aksiyası -  FOTOLAR  Cavid Qurbanova qarşı aclıq aksiyası -  FOTOLAR  Cavid Qurbanova qarşı aclıq aksiyası -  FOTOLAR

Administratorla əlaqə

077 611-55-22

[email protected]