Ölkə

Bir çox yerlərdə qaz olmayacaq

3-11-2015, 16:37
Bir çox yerlərdə qaz olmayacaq

Abşeron, Siyəzən, Astara, Ağdaş, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Musavat.com SOCAR-ın saytına istinadən məlumat verir ki, noyabrın 4-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2” və “Masazır”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qobustan” və ''Yalama'', Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Şəmsabad” və ''Göyçay-1'', Ağdam magistral qaz kəmərləri sahəsinin “Kətəlparaq” və “Azadqaraqoyunlu”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin ”Şıxlı”, ''Ağköynək'', Gədəbəy'' və ''Daşkəsən'' qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bərdə rayonunun Kətəlparaq, Ağdaş rayonunun Qəribli, Xosrov və Əmirmahmud, Göyçay rayonunun Potu, Cəyirli və Çararxı, Qazax rayonun Ağköynək, Qarapapaq, Şıxlı 1, Şıxlı 2, Qaymaqlı və Kəmərli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan kəndinin, Abşeron rayonunun Masazır qəsəbəsinin, eləcə də Qobustan, Xaçmaz, Ağdam, Tərtər, Gədəbəy, Daşkəsən və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
musavat.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]