Ölkə

Hacı Tale ittihamları rədd etdi - AÇIQLAMA

21-05-2016, 17:38
Xəbər verdiyimiz kimi Hacı Tale Bağırzadəyə bir sıra yeni ittihamlar irəli sürülmüşdür. Həmin maddələr, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələridir.
Həbsdə olan ilahiyyatçının vəkili məsələ ilə bağlı Azadlıq Radiosuna yeni açıqlamalar verib. Vəkil deyib. 
Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə və digər 20 nəfərlə bağlı cinayət işi üzrə ibtidai istintaq yekunlaşmaqdadır.
 
 Vəkilin deməsinə görə, istintaq orqanı T.Bağırzadəyə qarşı yeni məzmunda yekun ittiham aktı elan edib. Amma vəkil yeni ittihamların məzmunu barədə açıqlama verməyib.
 
E.Sadıqov cinayət işi üzrə ibtidai istintaqın yaxın günlərdə bitəcəyini deyib. Tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılmaqdan ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir.
 
"Taleh Bağırzadə ittihamları qəbul etmir. İttihamların hamısını uydurma və əsassız sayır", - deyə vəkil qeyd edib. (azadliq.org)

Hacı Tale ittihamları rədd etdi - AÇIQLAMA

Administratorla əlaqə

077 611-55-22

[email protected]