Ölkə

Hökümətdən əhaliyə növbəti ŞOK!

16-05-2016, 22:50
Bir neçə gün əvvəl Tarif Şurası suyun qiyməti ilə bağlı qərar verdi.
 
Xeberman.com  qaynarinfo-ya istinadən bildirir ki, "Azərsu" ASC-nin müraciəti əsasında qərar qəbul edən şura 1 kubmetr su təchizatının tarifi Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpiyə (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpiyə (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetrə qaldırıb.
 
"Milli Yol"un əldə etdiyi məlumata görə, bu Tarif Şurasının qiymət artımı ilə bağlı son qərarı olmayacaq. Belə ki, hökumət qarşıdakı günlərdə enerji daşıyıcılarının qiymətlərini də artırmağı nəzərdə tutub. Artıq "Azərenerji" elektrik enerjisinin, "Azəriqaz" isə mavi yanacağın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət ünvanlayıb. 
 
Hökumətdəki mənbənin sözlərinə görə, ilk olaraq işığın qiymətinin artırılması nəzərdə tutulub. Şura bununla bağlı yaxın bir ayda qərar verəcək. Növbəti bir ayda isə qazın qiymətinin artılması elan olunacaq.
Hökumətdən əhaliyə növbəti şok: işıq və qazın qiyməti qalxır

Administratorla əlaqə

077 611-55-22

[email protected]