Ölkə

İlham Əliyev əsəbləşərək millimizin oyununu yarımçıq tərk edibmiş

14-05-2016, 18:59

Bildiyiniz kimi, hazırda Bakıda U-17-lər arasında Avropa çempionatı keçirilir. Stadium.Az xəbər verir ki, bu turnirdə mübarizə aparan Azərbaycan U-17 millisi qrupda 4 xal toplasa da, ¼ finala vəsiqə qazana bilmədi. Millimiz qrupda ilk oyununu Portuqaliyaya qarşı keçirdi və darmadağın oldu – 0:5.

Bu oyunu Bakı Olimpiya stadionunda ölkə prezidenti İlham Əliyev cənabları da izləmişdi. Aldığımız məlumata görə, ölkə prezidenti oyunu 24 dəqiqə izləyib. Belə ki, 24-cü dəqiqədə Portuqaliya millisi üçüncü topu millimizin qapısından keçirdikdə İlham Əliyev biabırçı oyuna baxmaqdan imtina edərək stadionu tərk edib. Şahidlər bildirirlər ki, prezident stadionu çox əsəbi halda tərk edib.

Millimizin Portuqaliya ilə biabırçı oyunu futbolla yaxından maraqlanan ölkə prezdentini pərişan edibmiş.

Maraqlıdır, ölkə futboluna cavabdehlik daşıyan AFFA-nın baş katibi Elxan Məmmədov prezidentə millimiz barədə hansı hesabatı verib və ya verəcək?

Administratorla əlaqə

077 611-55-22

[email protected]