Ölkə

"Azərsu" general Akif Çovdarova su kəməri hədiyyə edib?

25-10-2015, 12:26
 "Azərsu" general Akif Çovdarova su kəməri hədiyyə edib?

Ötən yazılarımızda MTN-nin keçmiş əməkdaşı Akif Çovdarvla bağlı qısa məlumat vermişddik.

Xatırlatmaq üçün bildirək ki, MTN generalının vəzifədən sui istifadə etmə faktı artıq təsdiqlənib. Özünün yaxın qohumu kimi tanınan MTN-nin Astara rayon şəbəsinin rəisi məhz A. Çovdarovun səyi nəticəsində mühüm bir posta yiyələnib. Astara rayonundan söhbət düşmüşkən MTN-nin şöbə rəisinin rayonda hansı hoqqalardan çıxdı haqda mətbuat lazımı informasiya yayımlayıb. Təbii ki, yayımlanan informasiyalar hüquq mühafizə orqanları tərəfindən araşdırılacaq. Keçək mətləbə..

Mənbəmizin verdiyi digər bir məlumatda isə bildirilir ki, MTN generalı Akif Çovdarav “Azərsu” ASC-nə də külli miqdarda ziyan vurub. Belə ki, “qəhrəman” general Abşeron rayonu Masazır qəsəbəsində özünün şəxsi mülkinə 11 km məsafə su kəməri çəkdirərək bir manat belə ödəməyib.

Hətda məlumatda o da vurğulanır ki, “Azərsu” ASC- nin prezidenti Qorxmaz Hüseynovda Akif Çovdarovun qarşısında aciz durumda olub. Əldə etdiyimiz məlumatlara görə, generalın Masazırdaki mülkündə pamidor və xiyar istixanaları, balıq üçün xüsusi yerlərlərin olduğu bildirilir. Maraqlısı isə budur ki, MTN kimi bir dövlət qurumun generalı hansı yollarla vergidən yayınıb.

Əlbətdə ki, bu istiqamətdə araşdırmalarımız davam edir. Ehtimal olunur ki, Akif Çovdarov “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovla da məxfi iş birliyi baş tutsun. Ən azından istənilən şəxs(lər) və yaxud, məmur(lar) dövlət vergisini ödəməlidir. Bu hər birimizin vətəndaşlıq borcudur. Görünür, general Akif Çovdarov göstərilən etimaddan öz şəxsi maraqları üçün istifadə edib.

Dosye.org bildirir ki, A.Çovdarovun oğlu Ruslan Çovdarov çalışdığı işdə yol verdiyi davamiyyətsizliyə görə cəzalandırılıb. Ruslan Çovdarova konkret olaraq töhmət verilib.

Xatırladaq ki, Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. Ötən ilin martında isə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilib.

Araşdırmalar davam edir..

Məqalədə adı hallanan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]