Ölkə

8-9 mayda cəbhədə hücum olacaq? - AÇIQLAMA

6-05-2016, 12:08
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistan kriminal hərbi-siyasi rejiminin Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə iddialarına münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada bildirlib:"Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır. Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər.
Məşhur bir kəlamda deyildiyi kimi, "Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir”. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə, Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar”
8-9 mayda cəbhədə hücum olacaq? - AÇIQLAMA

Administratorla əlaqə

077 611-55-22

[email protected]