Ölkə

Hicablı şagirdləri məktəbə buraxmayacağam – Məktəb direktoru.

28-04-2016, 21:40

Xocavənd rayon Əmirallar kəndi tam orta məktəbində hicab qadağası davam edir .

Xeberman.com saytının əməkdaşları Azərbaycanda Təhsil müəssisələrində hicaba qoyulmuş qadağanın tətbiq edilməsi ilə bağlı araşdırmalar aparıblar. Nəticələrə əsasən Azərbaycanın rayonlarında, xüsusən də paytaxt Bakıda əksər məktəblərdə şagirdlərin hicabla məktəbə getməsinə icazə verililsə də Xocavənd rayon Əmirallar kəndi tam orta məktəbində vəziyyət fərqlidir.
Xeberman.com saytının müxbirinin apardığı reyd zamanı məlum olub ki Xocavənd rayon Əmirallar kəndi tam orta məktəbinin direktoru Mərkəz Hüseynov hicablı şagirdlərin təhsil almasının qarşısı alımaq məqsədi ilə hicablı şagirdləri məktəbə buraxmır. Xocavənd rayon Əmirallar kəndi tam orta məktəbində övladları oxuyan valdeyinlərin Xeberman.com saytının əməkdaşına bildiriblər ki, məktəbin direktoru Mərkəz Hüseynov deyir ki, əgər məktəb direktorluğundan çıxası olsamda mən hicablı şagirdləri məktəbə buraxmayacam.

Bu məsələni diqqətdə saxlayacağıq. Təhsil Nazirliyinin və aidiyyatı qurumların da mövqeyini dərc etməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]