Ölkə

Cavid Qurbanovu Sürət Hüseynova nə bağlayır?

23-04-2016, 18:43

Cavid Qurbanovu Sürət Hüseynova nə bağlayır?Heydər Əliyevin işdən qovduğu adam əməllərindən əl çəkmir

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov haqqında redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Cavid Qurbanov Astara-Astara dəmir yolunun tikintisini yaxın dostu, hazırda Azərbaycan Dəmir Yolları QNSC-də yüksək pots tutan Zəqani Kazımova tapşırıb.

Bu həmin Xəqani Kazmımovdur ki, bir müddət əvvəl oğlu Vüsal Kazımov mətbutın ulduzuna çevrilmişdi. Mediada Vüsal Kazımovun dəbdəbəli həyat tərzini və bahalı maşınlarını əks etdirən fotolar yayılmışdı. Xaqani Kazımovun oğlunun əməlləri hətta baş prokuror Zakir Qaralovu da hiddətləndirmişdi. Baş prokuror onun prokurorluq orqanlarından qovmuşdu. Görünür, Cavid Qurbanov bütün bunları pərdələmək və günahını yumaq üçün AXCP sədri Əli Kərimlinin evi qarşısında keçirilən aksiyaları maliyyələşdirib.

Indisə baş dəmiryolçunun Sürət Hüseynovla ilişkiləri barədə. Məlumatlara görə, Cavid Qurbanov Sürət Hüseynovla dostluğunun xatirinə onun iki ən yaxın adamının övladını işlə təmin edib. Onlardan biri Saday Nəzərovdur. Cavid Qurbanov Çexiyadakı biznesini Saday Nəzərovun oğluna tapşırıb. Digəri isə Əvəz Şükürovdur. Baş dəmiryloçu Əvəz Şükürovun qızını Kəlbəcərin təhsil şöbəsinə müdir təyin etdirib. Qeyd edək ki, bundan əvvəl təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov olub. Məhəmməd Bağırov hazırda həbsdədir. Iddialara görə, o, istintaqda və məhkəmədə Cavid Qurbanovun da törətdiyi əməllərə ortaq olduğunu bildirib.

Baş dəmiryolçu Əvəz Şükürovun oğlunu isə Dəmiryol xəstəxanasının baş həkimi təyin etdirib.

Cavid Qurbanovun müavinlərindən biri vaxtilə "Azərsu”da sədr müavini olan Zaman Novruzovdur. Media Zaman Novruzovun əvvəlki iş yerində törətdiyi qanunsuzluqlar barədə məlumatlarla zəngindir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]