Ölkə

Neftçala hərbi komissarlıq şöbəsində biabırçı rüşvət faktı.

18-04-2016, 23:49

Neftçalada yararsızlar hərbi xidmətlə hədələnir 500 manatlıq rüşvət.

Əsgərlər hərbi xidmətə çağırış zamanı hansı müayinələrdən keçirlər? Əgər əsgər bütün müayinələrdən keçirsə, niyə hərbi xidmət zamanı onlarda xəstəlik aşkarlanır? Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi hərbi xidmətə yararsız olmağına rəğmən hər 3 ildən bir yoxlanışa gələn Neftçala sakinlərindən 500 manat pul alır. Və bildirir ki, pullar Arzu Rəhimova çatır. Pul verməyənlər tək ayaqlı da olsa, hərbi xidmətə gedəcək.

 

İdeal Xəbər Agentliyi bildirir ki, adının çəkilməsini istəməyən şikayətçi Nia.az saytına bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsidə istənilən pulu vermədiyin təqdirdə həmin şəxsdən Arzu Rəhimova anonim məktublar yollanılır. Sonra həmin şəxsi məcburi şəkildə Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasına yoxlanılması üçün göndərirlər. Xəstəxanada UZİ-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyasına  isə 30 manat ödəməli olurlar.

 

Bundan əlavə həkimlərin müayinə haqqı 20-30 manat civarındadır. Xəstaxanada baş verən rüşvətxorluğa və antisanitariyay a baş həkim Ziya Əsədov "göz yumur”. Bakı şəhər 5 saylı Kliniki Xəstəxanasında həkimlərin istədikləri verməsən bir günlük ömrün qalsa belə sənə sağlam diaqnozu qoyulur. Şikayətçi Neftçala rayon komissarının kimlərdən nə qədər pul alıb adlarına kimi deməyə hazır olduğunu bildirib. Gələn yazımızda Neftçala rayon komissarı Turan müəllimin Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev tərəfindən hədələnərək istədiklərini necə həyata keçirdiyi haqqında audio səs danışığını sizlərə təqdim edəcəyik.


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]