Ölkə

MTN "əməkdaşı" saxlanıldı

17-10-2015, 12:49
İmişli polisi özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edən 33 yaşlı şəxsi saxlayıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Mehbalıyev Ramin Eldar oğlu vətəndaşların etibarından istifadə edərək onları aldadıb. Polis Şöbəsinə daxil olan şikayət əsasında məlum olub ki, adı çəkilən şəxs 2015-ci ilin may-iyun aylarında özünü MTN əməkdaşı kimi təqdim edərək İmişli sakini Qismət Yunusludan onun oğlunu MTN Akademiyasına düzəltmək adı ilə 10500 ABŞ dolları və daha sonra 6800 manat alıb. Araşdırma zamanı R.Mehbalıyevin başqa bir İmişli sakinindən də 1700 manat borc aldığı və borcu geri qaytarmadığı məlum olub. Hazırda istintaq həmin şəxsin digər dələduzluq əməllərinin olub-olmadığını araşdırır. R. Mehbalıyev barəsində İmişli rayon məhkəməsi 4 aylıq həbs qəti-imkan tədbiri seçib. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (dələduzlu) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
faktxeber.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]