Ölkə

Bakılı şəhidin ürək dağlayan xatirəsi: "Ana mən şəhid olacağam..."

7-04-2016, 13:09
 "Axırıncı dəfə gələndə dedi ki, "ana, qoy televizora istədiyim qədər baxım, qoy istədiyim qədər yatım. Bir də olmayacaq axı, mən şəhid olacağam". 

Xebrman.com igid əsgərlərini tanıtdırmağa davam edir.  Bu dəfə bir şəhidin ürək dağlayan hekayəsini sizinlə paylaşırıq. Azərbaycan Ordusu işğal altında olan torpaqlarını geri almaq üçün ayağa qalxdı. Bir neçə yükəkliyi geri qaytardı. Son 3 gün ərzində bir çox şəhid verdi Azərbaycan. Onlardan biri də Vətənin igid oğlu 1996-cı il təvəllüdlü Hacıağayev Cabbarxan İlham oğludur.
Evləri ilə danışandan yarım saat sonra  ölüm xəbəri gəldi Cabbarxanın. Yanında mərmi partlayıb, qəlpələrdən birinə tuş gəlib. Və xəstəxanaya çatdırmaq mümkün olmayıb.  
 Anası danışır ki, Cabbarxan şəhid olacağını öncədən hiss edirdi: "Axırıncı dəfə gələndə dedi ki, "ana, qoy televizora istədiyim qədər baxım, qoy istədiyim qədər yatım. Bir də olmayacaq axı, mən şəhid olacağam". 
Şəhid dünən Bakıda Xocahəsən qəsəbə qəbirstanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.

Bakılı şəhidin ürək dağlayan xatirəsi: "Ana mən şəhid olacağam..."

Administratorla əlaqə

077 611-55-22

[email protected]