Ölkə

Başçının "unikal" konserti

17-03-2016, 23:04
Başçının "unikal" konserti

Martın 15-də bayram günü ilə bağlı Beyləqan rayon rəhbərliyi rayonun mərkəzi stadionunda konsert təşkil edib.

Vizual.az-a verilən məlumata görə, məktəb və idarələrdən yığılan pul hesabına keçirilən konsertə sakinlər zorla çağırılıb.

Rayon İcra Hakimiyyətinin başcısı Vaqif Abdullayevin tapşırığı ilə məktəblərə, büdcədən maliyyələşən idarələrə, kənd icra nümayəndələrinə, kənd bələdiyyələrinə konsertdə kollektiv şəkildə iştirak etmələri barədə tapşırıq verilib, onlara əvvəlcədən hansısa sənədə məcburi imza atdırılıb.

Verilən məlumatda qeyd olunur ki, başçının əmrinə əsasən çıxış qapılarına polislər qoyulub, sakinlərin konsert qurtarmadan çıxışa icazə verməyiblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]