Ölkə

Tələbələrin təqaüdləri gecikdirilir

15-03-2016, 01:11

Azərbaycandakı ali təhsil ocaqlarında tələbə təqaüdləri gecikdirilir. Baxmayaraq ki, II semestrin birinci ayı başa çatıb, tələbələrsə təqaüdlərini ala bilməyiblər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, tələbələr mart ayının ikinci ongünlüyünə qədər təqaüdlərini alacaqlar.

"Maliyyə hesablamaları aparılır. Bu isə bir az vaxt tələb edən məsələdir. Ona görə tələbə təqaüdlərinin verilməsində ləngimələr olub. Amma martın 18-ə qədər tələbələr öz təqaüdlərini ala biləcəklər”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]