Ölkə

BAŞ HƏKİMLƏ BAĞLI PROBLEM BÖYÜYÜR – QALMAQAL

27-02-2016, 01:49
BAŞ HƏKİMLƏ BAĞLI PROBLEM BÖYÜYÜR – QALMAQALRüstəm Hüseynov: "Vaqif Nuriyevin xəstəxana kollektivi kimi təqdim etdiyi şəxslərin bir neçəsi orada işləmir” 

Bir neçə gün öncə Cilov qəsəbəsi Dənizçi küçəsi 53-də yaşayan Hüseynov Rüstəm Həsən oğlu, Cilov qəsəbəsində yerləşən 16 saylı birləşmiş xəstəxananın baş həkimi Vaqif Nuriyevdən şikayət məktubu ünvanlamışdı. Məktubu dərc etdik və hətta bununla bağlı səhiyyə nazirliyi də işə qarışdı. Əməkdaşımız baş həkimə zəng vurub problemlə bağlı mövqeyini öyrənmək istəyəndə, baş həkimin cavabı belə olmuşdu: "Rüstəm Hüseynov istəyir lap BMT-yə yazsın”. 
Şikayətçi bildirir ki, yazı saytlarda dərc olunduqdan sonra Vaqif Nuriyev elə əl-ayağa düşüb: "Hər gün telefonuma zəng vururdu ki, gəl görüşək səninlə işim var. Çox keçmədi ki, hər ikimiz Pirallahı rayon İcra hakimiyyətinə dəvət olunduq. Orada baş həkimə bildirdilər ki, get vətəndaşın problemini həll et! O da söz verdi ki, mən yaxın zamanda probemi həll edəcəm. 
Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, Vaqif Nuriyev problemi həll etmək əvəzinə, başqa saytlarda özüylə bağlı təkzib yazdırır. Guya onunla bağlı yazılanlar həqiqətə uyğun deyil. Mən gəncliyimdən Cilov adasında yaşayıram və işləyirəm. Bu dəqiqdir ki, orada vəziyyətin necə olduğunu Vaqif Nuriyevin təkzib verdirdiyi sayt redaktorlarından yaxşı bilirəm.
Məktubu da özümdən uydurmmamışam. Bu təkzib yazan sayt redaktorlarından soruşmaq lazımdı ki, siz nə vaxt Cilov adasına gedib, həmin problemlərini araşdırmısınız?! Axı söhbət şəhərdəki xəstəxanadan yox, dörd tərəfi dəniz suları ilə əhatə olunmuş adadakı xəstəxanadan gedir. Ora isə həm vətəndaşların həm də jurnalistlərin getməsi göndərişlə həyata keçirilir. Mənim mətbuata müraciətimdən sonra Səhiyyə Nazirliyi xəstəxanaya yoxlama göndərdi və yazılarımda qeyd etdiyim faktların bir çoxu öz təsdiqini tapdı". 
Rüstəm Hüseynov bildirir ki, xəstəxananın əməkdaşları adından yayılan müraciət də saxtadır: "Vaqif Nuriyevin "Cilov adasındakı 16 saylı xəstəxananın kollektivinin müraciəti” adlı təkzib ssenarisində xəstəxananın kollektivi kimi təqdim olunan Məmmədov Ata adlı şəxsin xəstəxanada özü yox, həyat yoldaşı, bacanağı və baldızı oğlu işləyir. Bu Məmmədov Ata necə xəstəxananın kollektivi oldu və baş həkiminin saxta müraciətinə adını necə yazdırdı?
Kollektivdə adı çəkilən Yaqubov Əli adlı vətəndaşın da xəstəxanada həyat yoldaşı və oğlu işləyir. Əzimov İbrahim və Əzimova Zərifə adlı vətəndaşlar da illər öncə "28 May NQÇİ”-də işləyiblər. Əzimovlar hər ikisi təqaüdədirlər. Şahbazova Gülanə adlı xanımı da tanımıram və güman edirəm ki, o da məni tanımır. Gördünüzmü, Vaqif Nuriyevin xəstəxana kollektivi kimi təqdim etdiyi şəxslərin bir neçəsi orada işləmir. Baş həkim bununla özünü gülünc vəziyyətə salır və mənə qara yaxır. 
Baş həkim təkzibində bildirir ki, mənim həyat yoldaşımı müalicə edib. Bu, doğrudur. İllər öncə "28 May NQCİ”-nin rəisi İdris Rzabəyovu baş həkimin öz qabinetində müalicə etməsi xəstəxananın xəstələrini tam müalicə edə bilməməsindən irəli gəlir. Həmin vaxtı Mərkəzi Neftçilər Xəstəxanasının Cilov adasındakı şöbəsi tam hazır olmadığına görə, qəsəbə sakinləri 16 saylı xəstəxanaya müraciət edirdi. Mənim həyat yoldaşım 26 il neft sənayesində işləmiş bir şəxs kimi bu xəstəxanaya müraciət etmişdir". 
Rüstəm Hüseynov deyir ki, Vaqif Nuriyevin məcaraları ilə bağlı daha bir məktub hazırlayır və bu yaxınlarda dövlət qurumlarına təqdim edəcək.\ Arqument.Az\

Administratorla əlaqə

077 611-55-22

[email protected]