Ölkə

Ünvanlı sosial yardım almaq üçün nə etmək lazımdır?

2-06-2019, 04:31
Ünvanlı dövlət sosial yardımı almaq üçün lazım olan sənədlərin siyahısı və prosedur qaydası açıqlanıb.
DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyindən “Ölkə.Az”a verilən məlumata görə, vətəndaş bunun üçün e-sosial.az və ya e-gov.az portalında " Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi"https://www.e-gov.az/az/services/read/3421/1?fbclid=IwAR10htXwlcMCFGulldtlU4o1JGAAONJoJR1AgH61NqKGSADbBEIBThfmdng bölməsinə daxil olaraq tələb olunan məlumatları qeyd etməlidir.

Bu zaman aşağıdakı sənədlərin toplanması vacibdir:
- Ailə tərkibi haqqında arayış;
- Şəxsiyyət vəsiqəsi (bütün ailə üzvlərinin);
- Təmsilçilik ərizəsi (notariat orqanından alınır).

Müraciətə 15 iş günü ərzində baxılır. Qeyd edək ki, paytaxtın Səbail və Yasamal rayonlarının sakinləri bununla bağlı həm də 1 saylı Bakı DOST mərkəzinə müraciət edə bilərlər.

Prosedurla bu linkdə daha ətraflı tanış ola bilərsiniz.
https://www.e-gov.az/home/getfile/1209?fbclid=IwAR1SqkUPr6tVvMTMMmPRFIeIkIBMo2R2yj8uF8O6p1mlZVGBcZQfp-kUkHY

Administratorla əlaqə

077 611-55-22

[email protected]