Ölkə

Əli Məmmədovun bazara çevirdiyi səhiyyə

31-01-2016, 13:05
Beyləqanın baş həkimi işçilərinə aylıq haqq qoyub, xəstələr isə pulsuz müalicənin xəyal olduğunu deyirlər 

Beyləqan səhiyyəsi 2012-ci ildən bəri qara günlərini yaşayır.Demokratiya.info xəbər verir ki, Əli Məmmədovun baş həkim təyinatı almasından sonra rayon səhiyyəsində heç kimin ağlına gəlməyən hadisələr reallaşmağa başladı.

Düzdür, Əli Məmmədovdan öncəki baş həkim də az aşın duzu olmayıb. Lakin indiki baş həkimin etdiyinə təkrarlamağa cəsarəti çata bilməzdi. 
Qeyd edək ki, Beyləqan Mərkəzi Xəstəxanası yeni tikilərək, istifadəyə verilib. Orada ən müasir avadanlıqlar var və onların hər birinin yüz minlərlə manat dəyəri var. Elə xəstəxanada bu avadanlıqlardan anlayan həkimlər də mövcuddur. Amma işin içindəki əngəl odur ki, bu avadanlıqla işləmək istəyən hər bir həkimdən aylıq haqq tələb olunur. Məsələn, UZİ adlanan apparatı işlədən hər bir həkimin günlük haqqı 50 manatdır. Bu gün boyunca dəyişə də bilər. Çünki baş həkimin «agentləri» həmişə iş başındadır və onlar hansı həkimin qapısının ağzında nə qədər xəstənin dayandığını müşahidə edərək, gün ərzində «patron»larına məruzə edirlər. 

Əli Məmmədovun yaratdığı «rejim» sayəsində bir neçə peşəkar kadr məcburiyyətdən qonşu rayonlarda işlməyə gedib. Onlar artıq Beyləqanda fəaliyyət göstərməyin mümkün olmadığını deyərək, Mərkəzi Xəstəxanadan uzaqlaşıblar. 

Demokratiya.info xəbər verir ki, rayonda yç böyük xəstəxana, xeyli sayda poliklinika və tibb məntəqələrinin fəaliyyət göstərməsi isə ayrıca gəlir mənbəyi olaraq tanınır. Əli Məmmədovun hər il həyata keçirdiyi əməliyyatlar fonunda əldə edilən gəlirlər də bu səbəbdən çoxdur. Məsələn, Dünyamalılar kənd Xəstəxanasında 70 nəfərin çalışdığı vurğulansa da, orada heç 30 nəfərin fəaliyyət göstərdiyini görən yoxdur. Xəstəxananın tibbi personalı bir tərəfə, fəaliyyətində də yetərli qədər qüsurlar var. Həm kadr baxımından, həm də peşəkarlıq səviyyəsinə görə. Bu xəstəxanada xəstə yatmır, yalnız tibb məntəqəsi olaraq fəaliyyət göstərir. Səbəbi də budur ki, Dünyamalılar Kənd Xəstəxanası və digərləri üzərindən bir sıra əməliyyatlar həyata keçirilir, pul qazanılır. 

Məsələn, keçirilən tenderlərdə göstərlir ki, guya, kənd xəstəxanasında hər ilk bir neçə min insan müalicə alı rvə onlar palatada qalırlar, üstəlik gündə üç dəfə yemək yeyirlər, döşək ağından, dərmandan, filandan, falandan istifadə edirlər. Yəni, bütün bunlar ağ kağızının üzərinə yazılır, qovluq düzəldilir, səliqə ilə arayış tərtib olunur, ardından da şkafa qoyulur ki, yoxlama gələndə «gözünə soxa bilsinlər». Əslində isə ortada nə xəstə var, nə də ona göstərilən xidmət. Bu sıra pul qanammaq üçün nəzərdə tutulmuş plandır. Həmin planda isə hər şey «pripiska»dır. Məqsəd Əli Məmmədova pul qazandırmaqdır ki, onu da edirlər. 

Dərman pereparatlarının satılması, xəstələrlə kobud davranma halları, palata yatan xəstəyə yeməyin verilməsi kimi hallar isə artıq camaat üçün dərd sayılmır. Onlar deyirlər ki, təki, Beyləqan xəstəxanasında onların dərilərini soyub buraxmasınlar.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]