Ölkə

Suraxanı rayon polisində nə baş verir ?- Özbaşınalığın son həddi

30-01-2016, 21:37
Suraxanı rayon polisində nə baş verir ?- Özbaşınalığın son həddi

Suraxanı rayon polisində nə baş verir ?- Özbaşınalığın son həddi

Doğrudanmı Suraxanı rayon 32-ci Polis bölməsinin rəisi Həsən Abbasov,Suraxanı Polisində müstəntiq vəzifəsində çalışan Seymur Məmmədov oğru ilə sövdələşərək oğurlanan vəsaiti oğru ilə bölüşdükdən sonra onu azad buraxıb ?

 Hürriyət.Az redaksiyasına məktubla müraciət edən şəhid anası Əsgərova Bağdagül Suraxanı polisinin şəhid anasının oğlu Əsgərov Ələkbərin başına gətirdiyi dəhşətli faktlardan bəhs edib. Məktubu oxuduqca ağlımda bir fikir canlandı: "Bu yazılanlar bir şəhid ailəsinin,bir vətəndaşın başına gətirilib? Bu vəhşi, amansız, rüşvətxor məmurlar azərbaycanlıdırlarmı yoxsa…??

Suraxanı Polisi bunu hansı qanunvericiliyə əsasən edib??Dovlət rəhbəri hörmətli prezidentimiz cənab İlham Əliyevin korrupsiyaya qarşı,cinayətkarlığa qarşı mübarizə  barəsində göstərişinə əsasən ölkəmizdə korrupsiyaya eləcə də cinayətkarlığa  qarşı mubarizə getdiyi bir dövrdə  Suraxanı rayon 32 ci bölmə rəisi Həsən Abbasov cinayətkarı müdafiə edir.Səbəb?Səbəbi məktubdan aşkar şəkildə görünür.

Qeyd edim ki, Bağdagül ana keçirtdiyi stresdən,polislərin ailəsinin başına gətirdikləri hadisədən dolayı ağır travma alıb və hal-hazırda xəstə yatağındadır.

Məktubdan bir nüansı qeyd etmək istərdim:”Oğlum ailəsi ilə birgə Suraxanı rayon Polis idarəsindən Suraxanı rayon 32-ci bölməyə qayıdan zaman dindirilmə üçün 32-ci Polis bölməsinə gətirilmiş  oğurluqda şübhəli bilinən şəxs sahə rəisi Mehdiyev Sarvan ilə birgə "deyib gülə-gülə” darvazadan 32-ci bölməyə daxil olduqlarını görüblər. Oğlumun bu mənzərəyə şahid olduğunu görən bölmə rəisi Həsən Abbasov oğlumu oradan uzaqlaşdırıb başını qatmağa çalışıb”. Belə görünür 32-ci Polis bölməsinin rəisi Həsən Abbasov şübhəli şəxs kimi dindirilməyə gətirilən şəxsləri bölmədə yox, sahə polis rəisi ilə əl-ələ, qol-qola verərək küçədə, parkda, restoranda deyib gülə-gülə dindirməyə göndərir.Özü isə zərərçəkmişi bu səhnəni görməkdən yayındirmağa çalışır.Səbəb???

Məktubda digər maraqlı nüans isə müstəntiq Seymur Məmmədovun zərərçəkmiş ailəyə ifadəsi oldu: ":”Bunlar mənim üçün əsas deyil get onların evindən sizdən oğurlanmış zinət əşyalarından birini gətir sonra mən oğrunu tutum. ” Oğrunun evindən oğurlananı vətəndaş götürüb gətirilməlirdisə bəs polis nə üçündür??

Hətta müstəntiq Seymur Məmmədova Suraxanı rayon Polis idarələrindəki belə süründürməçiliyə yol verdikləri haqda müvafiq orqanlara şikayət edəcəyini bildirdikdə oğluma:” İş məndədir,mənim kefim belə istəyir belə də edirəm.İstəsəz Mehriban xanim deyil hətta prezidentimiz cənab İlham Əliyevə də şikayət edin.Heçkim mən heçnə edə bilməz.Öz işimdir öz istədiyim kimi edəcəyəm.Sizin Daxili İşlər Nazirliyinə ünvanladığınız bütün məktublar onsuz da mənə gəlir.Mənnən o qədər şikayət olunub kim mənə neyniyibki indi sizin şikayət ərizəsinə görə nəsə eləsinlər .Heç kim mənə heçnə edə bilməz. ” deyib”.Çox maraqlıdı bu "müstəntiqə” dövlət başçısını, qanunverici orqanları saymayacaq dərəcədə kim səlahiyyət verib və yaxud kimə arxayındı. Dölətimizə, millətimizə xidmət etmirsə kimə xidmət edir? Yalnızca cibinə yoxsa hansısa dövlətimizə,xalqımıza düşmən olan bir dövlətə ??? Düşünürəm ki, bu şəxsə "müstəntiq” demək vətənimiz üçün,xaqımız üçün çalışan müstəntiqləri təhqir etməkdir.

Suraxanı Polisi məktubda qeyd edildiyi kimi dünyada bir ilkə imza atıb. Beş yerdə dindirilən və hər bir yerdə fərqli ifadələr verən şübhəli şəxsə "atalıq, dayılıq” edən Həsən Abbasov,Seymur Məmmədov, Suraxanı Polis idarəsinin keçmiş rəisi Təhmasib İbrahimov şübhəli şəxsin fərqli ifadələrinə yox "mimikasına” inanaraq ona toxunmayıb.

Əməliyyatçı vəzifəsində çalışan Nurlan Abdullayev isə "O, dindardır, belə iş görə bilməz” deyib.Ananın qeyd etdiyi kimi,məgər Suriyada, İraqda İŞİD teror qruplaşması "dindar-müsəlman” adı altında baş kəsmirlərmi? Əgər dindarlar toxunulmazdılarsa niyə Nardaran hadisələrində dindarlar tutuldu???  Belə çıxır Nurlan Abdullayev dovlət çevrilişi etmək istəyənlərin tərəfindədir.Yoxsa Nurlan Abdullayev Sələfi məzhəbinə məxsus olan insanlarla zəngın olan Qaraçuxur qəsəbəsində onların göstərişi ilə dindar adı altında quldurluqla məşğul olan insanlara toxunmur?

Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi  doğru və düzgün siyasət nəticəsində gündən-günə inkşaf edən ölkəmizdə haqqın ədalətin daim bərqərar olması üçün bütün tədbirlər həyata keçirilib.Prezidentimizin göstərişinə əsasən  istər Daxili İşlər Naziri hörmətli Ramil Usubov istərsə də Azərbaycan Respublikasının Baş Prokuroru hörmətli Zakir Qaralov bu yönümdə uğurlu işlər görüblər.Bu səbəbdəndir ki,ölkədə cinayətkarların rüşvətxorların sayı olduqca azalıb.

Lakin  Həsən Abbasov ,Seymur Məmmədov və Nurlan Abdullayev kimi şəhid ailəsinə düşməncəsinə yanaşan məmurlar prezidentimiz cənab İlham Əliyevin yürütdüyü bu siyasətə xələl gətirir və Suraxanı rayonunda  cinayətkarlıq və rüşvətxorluq hallarının artmasına şərait yaradırlar.

İnanırıq ki, Suraxanı rayonunda baş verən bu dəhşətli faktlara biganə qalınmayacaq müvafiq tədbirlər görüləcək .

Administratorla əlaqə

077 611-55-22

[email protected]