Ölkə

Bu gün Bakının mərkəzində su olmayacaq

19-06-2017, 11:39

Bu gün Bakının bəzi mərkəzi küçələrində suyun verilişində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Xeberman.com-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar iyunun 19-da, saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]