Ölkə

Kəbirə Məmmədovanın bacısının evində yanğın olub, mühafizəçi ölüb

24-05-2017, 14:29
Kəbirə Məmmədovanın bacısının evində yanğın olub, mühafizəçi ölüb
Bakıda yaşayış evində baş verən yanğında xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb.

Xeberman.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 19-da Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verib.

Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, N.Cabbarov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Polisdən həmçinin bildirilib ki, S.Məmmədova sahibkar qadın Kəbirə Məmmədovanın bacısıdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]