Ölkə

Ağdamın cəbhəyanı ərazilərinə dolu düşüb – FOTO

21-05-2017, 19:32
[sub][/sub]
Taxıl zəmilərinə, bostan və tərəvəzçilik təsərrüfatlarına ciddi zərər dəyib, elektrik enerjisinin verilməsi dayandırılıb.

Ağdamın cəbhəyanı ərazilərinə güclü külək və dolu ilə müşayiət olunan yağış yağıb.

Xeberman.com APA-ya istinadən xəbər verir ki, yağıntı rayonun işğal olunmuş ərazilərində də müşahidə olunub.

Qəfil pisləşən hava şəraiti təqribən 10 dəqiqə ərzində davam edib. Yağış və dolu kəndlərdə taxıl və arpa zəmilərinə, bostan və tərəvəzçilik təsərrüfatlarına ciddi zərər vurub. Kəskin hava şəraiti ən çox yaz mövsümündə yetişən meyvə ağaclarına xələl yetirib. Hazırda bölgənin bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.


Administratorla əlaqə

077 611-55-22

[email protected]