Ölkə

Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov müəllimləri hesaba otuzdurub

15-05-2017, 21:48
Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov müəllimləri hesaba otuzdurubSaytımızda tez-tez işıqlandırdığımız məsələlərdən biri də təhsil sahəsində mövcud olan problemlərdir. Təəssüf ki, bu sahədə çoxsaylı neqativ hallar var. O da təəssüf doğurur ki, təkcə uşaqlar və valideynlərin deyil, müəllimlərin belə hüquqlarının pozulması halları baş verir.
Xeberman.com-un redaksiyasına daxil olan məlumata görə, Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov müəllimləri hesaba otuzdurub. Məlumatlı mənbənin bildirdiyinə görə, keçən aprel ayında hər müəllimdən 50 manat pul yığılıb. Buna etiraz edən müəllimləri dərs saatlarını azaltmaqla, işdən azad etməklə hədələyiblər. Əjdər Kərimov bütün məktəb direktorlarını yığaraq bildirib ki, Maliyyə Hesablaşma Mərkəzindən gəliblər,onları yola salmalıyıq. Bəzi direktorlar Əjdər Kərimova bildiriblər ki, müəllimlər buna etiraz edir,deyirlər 120 manat maaş alırıq bu pulu necə verək.Hətta qadın direktorlardan biri Əjdər Kərimovu döymək istəyib, Əjdər Kərimov arxa qapıdan qaçıb.

Belə özbaşınalıqların baş alıb getməsi Təhsil naziri Mikayıl Cabbarov tərəfindən hələ də susqunluqla qarşılanır. Görünür, “aşağılar”da baş verən özbaşınalıqlardan “yuxarılar”ın xəbəri yoxdur. Ya da bu özbaşınalıqlara elə “yuxarılar” özü rəvac verir. Biz müəllimlərin ciddi narazılıq etdiyi şikayəti işıqlandırdıq. Tədbir görmək isə Təhsil Nazirliyinin vəzifəsidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]