Ölkə

Xətai rayonuda ağaclar yerli-dibli kəsib,yerində nəsə tikirlər

11-05-2017, 03:13
Xətai rayonu,Gəncə prospekti Sovet vaxtından bu günə qədər başda-ayağa çoxlu ağacla hasarlanmış çox gözəl mənzərəsi olan yeridi. İndi həmin ərazidə olan ağaclar yerli-dibli kəsib,yerində nəsə tikirlər. Bu barədə Xeberman.com-un elektron poçtuna həmin ərazinin sakinləri məlumat göndərib. Həmin ərazin sakinləri Xeberman.com-a yazaraq bildirilir ki, əvvəl elə bildik park salınır sevindik ki,oranın gözəl havasında uşaqlar,böyüklər dincələ bilər,sonra gördük yox bu başqa həngamədi.

Bu iş adamları heç nəyi veclərinə almırlar.Bunların nə millətə,nə hökumətə,nə də verilən sərəncamlara hörməti var.Buna da hörmətli Prezident qarışmalıdı? Axı belə olmaz.Bu millət yazıqdı.Bele iş görmək istəyirlərsə,park salaydılar da.Ora park üçün ən gözəl yerdi. Sizdən artıq dərəcədə xahiş edirik,bu gördüklərinizə özünüzdə gəlin baxın.Olanları ictimailəşdirin,qalan ağacların məhv edilməsinə imkan verməyin. Biz də öz tərəfimizdən tədbir görəcəyik.Hara lazimsa,şikayətimizi edəcəyik

Xeberman.com saytı olaraq məsələni diqqətdə saxlayacağıq . Xətai Rayonu İcra hakimiyyətinin mövqeyini də dərc edəcəyik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]