Ölkə

Camalovda komitə sədrinə qarşı nə komromatlar var

2-05-2017, 23:14
Camalovda komitə sədrinə qarşı nə komromatlar varHansı nazir, komitə sədri və ya başqa yüksək rütbəli məmur, hansı rayona nəzarət edirsə, onun qohum-əqrəbası da oranın, necə deyərlər, sahibinə çevrilir. Çapıb-talayırlar, əhalini soymaqla, rayonu talamaqla yetinməyib, insanların şərəfini, qururunu belə əzməkdən çəkinmirlər. Misal üçün, bir neçə il əvvəl belə nazirlərdən birinin yaxını rayonlardan birində içib kefləndikdən sonra “bu rayonda kişi yoxdur” demiş, bundan xəbər tutan rayonun “bərkgedənləri” onu (tanıyanlar həmin şəxsə “Dördbarmaq” da deyirlər – red.) soyuq suda “çimizdirdikdən” sonra, rayondan qovulmasına nail olmuşdular. Yaxud İsmayıllı hadisələrini xatırlayaq. Bir rayonu ayağa qaldıran da elə nazirin yaxın adamının artıq-əskik hərəkətləri olmamışdımı?

Bu faktlar, əlbəttə ki, rayonları öz aralarında bölüşdürən məmurların, onların yaxınlarının insanlara necə münasibət bəslədiyini tam təsəvvür etməyə kifayət deyil. Necə deyərlər, aysberqin görünən tərəfləridir.

Əhmədzadənin “qohumu”

Əyalətlərdə oturub dövlətin ona tapşırdığı vəzifəni yerinə yetirmək əvəzinə ayrılan vəsaiti xımır-xımır yeyərək, qanunlarımızı ayaqlar altına atan xırda ranqlı məmurların iri iddiaları yeri-göyü lərzəyə gətirir. Və adam bu məqamda dəvənin qanadının olmamasına şükr edir.

Bu mənada, Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov da, görünür, özünü rəisi, həmyerlisi və qohumu Əhməd Əhmədzadənin himayəndəsi tam təhlükəsiz hesab etdiyindən özünü sanki cəzasızlıq şəraitində hiss edərər.Şəxsi imkanlarını daha da çiçəkləndirən Camalovdan bunu gözləmək heç də də təəccüblü deyil.

Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan şikayət məktublarında Qax Suvarma Sistemləri İdarəsinin yarıtmaz fəaliyyəti nəticəsində yerli fermerlərin işində ciddi problemlərin yarandığı bildirilir.

Yerli fermerlər Qax Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Soltan Camalov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Həmçinin məlumatlarda bildirilir ki, Suvarma idarəsinin fəaliyyəti ketdikcə tənəzzülə uğrayır. Bu isə yerli sakinlərin və fermerlərin işlərinə olduqca mənfi təsir göstərir.

Verilən məlumatlara görə narazı fermerlər hətta iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.

Azerinfo.az-a verilən məlumatlarda o da deyilir ki, texnikaların əhəmiyyətli hissəsi Camalov tərəfindən ayrı-ayrı şəxslərə, yaxud firmalara icarəyə verilib. Faktiki olaraq dövlətin texnikası təyinatı üzrə işləmir, həm də qazanc şəxsi cibə gedir.

Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Lakin aldığımız məlumatlara görə, texnikanın nasaz vəziyyətdə saxlanması ,həm də icarəyə verilməsi səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində də onların köməyinə bel bağlamaq olmur

Maxinasiyalar

Bununla belə yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Soltan Camalov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Belə ki, açıqlamalara görə, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.

Quraq keçən illərdə işlər daha çox problemli olur. Rayon ərazisindən 6 çay keçir. Kürmük, Ləkit, Zərnə, Qum, Duruca və Qapı çayları. Bu çayların suyundan yaz və payız aylarında suvarma məqsədləri üçün istifadə olunur. Çayların sululuğu əsasən yaz və payız aylarına təsadüf edir. Yay aylarında bu çayların bəziləri tamamilə quruyur. Çayların suyunun azaldığı dövrdə isə su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir.Daha sonra məlumatlarda vurğulanır ki, Soltan Camalov öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından, idarənin resurslarından şəxsi məqsədlərlə istifadə edir, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradır.

Qeyd olunur ki, Suvarma İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə “nağdlaşma” üsulu geniş tətbiq olunur. Bu zaman sadə, lakin çox effektiv sxemdən istifadə olunur. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün bir neçə özəl kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və maxinasiyanın iştirakçıları arasında bölüşdürülür. Digər tərəfdən isə idarənin balansında olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da eyni üsulla nağdlaşdırılaraq mənimsənilir.Bu arada belə bir məqamı da qeyd etmək lazımdır ki, redaksiyamıza ünvanlanmış əksər şikayət məktublarının müəllifləri belə bir fikirdə həmrəydilər ki, Suvarma Sistemləri İdarəsinin fəaliyyətində müşahidə olunan nöqsanların çoxu məhz 2008-ci ildən, bu idarəyə Soltan Camalovun rəhbər təyin olunmasından sonrakı dövrdə yaranmışdır.

Təqaüdə niyə göndərilmir?

Azerinfo.az-a verilən məlumata görə Soltan Camalovun Qaxda böyük səlahiyyətə malik olmasının səbəbi Meliorasiya və Su Təsərrüfatının sədri Əhməd Əhmədzadəyə yaxın qohum olması ilə bağlıdır. Ancaq S.Camalov Əhməd Əhmədzadəni belə tənqid etməkdən çəkinmir. Təqaüd yaşı çatsa da hələ vəzifədədir. Gününün çox hissəsini istirahət mərkəzlərində, restoranlarda keçirir.

Bəs nədən Əhmədzadə bunlara göz yumur. Verilən məlumatlara görə Camalovda onun barədə əhəmiyyətli kompromatlar var. Bu səbəbdən Əhmədzadə onu işdən çıxaracağı halda kompromatların mediaya yol tapacağından ehtiyatlanır.

Bu barədə ətraflı məlumat verəcəyik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]