Ölkə

“İndi də “halal hotel” reklam edirlər - hotel kolbasadır ki?”

2-05-2017, 15:30
Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə "Turizm haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

O qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil: "Bu gün dünyada nələr baş verdiyini hamımız görürük”.

S.Novruzov deyib ki, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar: "Ancaq orada nə niyyətlə, necə qaldıqlarını heç kim bilmir. Evi kirayəyə verən heç onların pasportlarının surətini də tələb etmir”.

S. Novruzov həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: "İndi də "halal hotel” reklam edirlər. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?”

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur: "Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]