Ölkə

"2 bakal pivə ilə nə olur ki?" - Sərxoş sürücü ilə polis arasında mübahisə/VİDEO

28-04-2017, 00:35

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən mikroavtobus Dövlət Yol polisi əməkdaşları tərəfindən sürət həddini aşdığına görə saxlanılıb.

Xeberman.com ARB-yə istinadən xəbər verir ki, məlum olub ki, içərisində 11 sərnişin olan avtobusun sürücüsü 41 yaşlı Rövşən Əliyev spirtli içki qəbul edib.

Sürücü Rövşən Əliyev iki şüşə pivə qəbul etdiyini etiraf etsə də, sərxoş olmadığını iddia edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]