Ölkə

Qazaxda icra başçısı müavininin özbaşınalığı - ŞİKAYƏT

21-04-2017, 01:12
Qazaxda icra başçısı müavininin özbaşınalığı - ŞİKAYƏTRedaksiyamıza tez-tez Qazax rayonunda baş verən qanunsuzluqlar, vətəndaşların hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olur. Elə qəzetimizin ötən saylarından brində də Qazaxda məcburi köçkün ailələrinə qarşı haqsızlıqdan bəhs etmişdik. Belə ki, onların sayğacları dəyişdirilmiş və yeni sayğaclarda sərfiyyat iki dəfə artıq göstərilmişdi. Faktiki olaraq, rayon elektrik şəbəkəsi məcburi köçkünlərdən işlətdikləri elektrik enerjisinin pulunu ikiqat tələb edirdilər. Məcburi köçkünlər rayonun icra başçısına müraciət etsələr də, bunu bir faydası olmamışdı. Bu gün redaksiyamıza daxil olan şikayətdə də elə Qazax rayonunda məcburi köçkünlərin hüquqlarının pozulmasından bəhs olunur. Belə ki, məcburi köçkünlər və onların ailələri ixtisar adıyla öz iş yerlərindən kütləvi şəkildə kənarlaşdırılırlar. Araşdırmalarımızın nəticəsinə görə, yerli hakimiyyətorqanları bu addımı atarkən Nazirlər Kabinetinin qərarına istinad edirlər. Daha dəqiqi, həmin qərarı öz istədikləri kimi şərh edib, qanunsuz əməllərini həyata keçirirlər. Ötən saylarımızda bu mövzuya da toxunmuşduq. Bir daha bu mövzuya qayıtmağı lazım bildik. Gəlin, mətləbi çox uzatmayıb, faktlara keçək. Qazax rayonunun işgal altında olan Barxudarlı kənd sakini Mirzəyeva Fəridə Mecid qızıqanunsuz olaraq işdən kənarlaşdırılıb. Fəridə xanımın həyat yoldaşı məcburi köçkündür, ailəsini zorla dolandırır. Fəridə Mirzəyevanın aldığı məvacib ailənin 4 günlük xərcini də ödəmir. O, iş yerindən cəmi 72 manat əmək haqqı alırdı. Qazax rayon icra hakimiyyətinə etdiyi müraciətlərinə baxmayaraq, onun həyat yoldaşını öz problemlərini yerli məmurlara bildirmək üçün icra hakimiyyətinin həyətinə belə buraxmayıblar. Əldə etdiyimiz məlumata görə, buna Qazax rayon icra basçısının müavini Gülayə Həsənova mane olub. Bu da təsadüfi deyil. Belə ki, baxçalar və məktəblər onun kurasiyasındadır. Fəridə Mirzəyevanın başına gələn hadisədən 5 ay ötüb. Beş aydır ki, o, işsizdir. İndi isə Fəridə Mirzəyevaya məlum olub ki, onun əvəzinə həmin iş yerinə başqa bir şəxsi qəbul ediblər. Ötən 5 ay ərzində isə Gülayə Həsənovaya yalançı vədlər verib. Belə ki, o, Fəridə xanıma yarım "oklad" iş saatı söz verib. Təəssüf ki, əlaqədar qurumlar, eləcə də dəfələrlə Prezident Administrasiyası qarşısında rüşvətsiz və korrupsiyasız rayon öhdəliyi götürən İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov öz tabeçiliyində olan Gülayə Həsənovanın qanunsu əməllərinə qarşı heç bir tədbir görmür.

Administratorla əlaqə

077 611-55-22

[email protected]