Ölkə

“İNŞAATÇILAR” stansiyasının 1-ci vestibülü yenidən istifadəyə veriləcək

17-04-2017, 18:49

"İnşaatçılar"ın birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq.

“Bakı Metropoliteni”nin stansiyasının bir hissəsi təmirdən sonra açılır.

Metropolitenin mətbuat xidmətindən Xeberman.com -a verilən məlumata görə, aprelin 18-də səhər saat 6:00-dan “İnşaatçılar” stansiyasının birinci vestibülü yenidən sərnişinləri qəbul etməyə başlayacaq.

1986-cı ildə istifadəyə verilmiş stansiyanın birinci vestibülü təmir-bərpa işlərinin aparılması, xüsusən də istismar müddətini baş vurmuş eskalatorların müasir analoqları ilə əvəzlənməsi məqsədilə 2017-ci il yanvar ayının 23-dən sərnişinlərin giriş-çıxışına bağlanmışdı.

Təmir müddətində stansiyanın 30 illik istismar müddətini baş vurmuş ET-5 tipli 3 eskalatoru Almaniyanın “Thyssen Krupp” şirkətinin “Tugela” tipli analoqları ilə əvəzlənib. Bu eskalatorlar daha qənaətcil, yığcam, lakin iş qabiliyyəti və funksionallığı daha təkmilləşdirilmiş, həm də müasir estetik görkəmi ilə seçilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]