Ölkə

AZƏRBAYCAN ƏSGƏRI ŞƏHID OLDU

3-03-2017, 00:12
Azərbaycan ordusu daha bir şəhid verdi. Criminal.az saytına verilən məlumata görə, Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş 19 yaşlı Suleyman Elçin oğlu Süleymanov Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olub.



Hazırda onun cənazəsi doğulduğu Qazax rayonuna yola salınıb.



Qazax rayon İcra Hakimiyyətindən bildirildi ki, S.Süleymanovun Ağcabədi-Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olduğu deyilir. Hazırda rayon şəhidin qarşılanması üçün hazırlıq görür.



Daş salahlı kənd sakinlərinin verdiyi məlumata görə, şəhidin atası Elçin Süleymanov Bakıda fəhləliklə məşğuldur. Hazırda hər iki valideyn şəhid övladlarının dəfni üçün Qazağa yol düşüblər.



Hadisə ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaymayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]