Ölkə

Ermənilər saxta videolar yayır - İnformasiya təxribatı

26-02-2017, 01:13
Ermənilər saxta videolar yayır - İnformasiya təxribatı
Faktor.az azvision.az-a istinadən bildirir ki, düşmən tərəfinin yerli sakinlərin "telefon danışığı" və hərbçilərimizin erməni silahlı qüvvələri tərəfindən "vurulması"nı əks etdirən görüntülər real deyil, videomontajdır. Yayılan videolar ermənilərin növbəti saxtakarlığıdır.

Ermənistanın Müdafiə Nazirliyi aprel döyüşlərində olduğu kimi bu dəfə də müasir texnologiyanın imkanlarından "məharətlə" istifadə etməklə təmas xəttində növbəti təxribat cəhdlərinin iflasa uğramasını, döyüşlərdə ağır itkilər vermələrini ört-basdır etməyə çalışır.

Düşmənin saxta görüntülər və yalan məlumatlar yaymaqda əsas məqsədi Ermənistan cəmiyyətində "qəhrəman" obrazı yaratmaq, ölkədəki narazı kütlənin ağzını yummaq və Azərbaycana psixoloji təsir göstərməkdir.

Vəziyyətin həssaslığını nəzərə alaraq oxuculara və yerli KİV-lərə yalan informasiyalara uymamağı, ermənilərin yaydığı foto və videogörüntülərdən mənbə kimi istifadə etməməyi tövsiyə edirik.

Nəzərə almalıyıq ki, Ermənistanla müharibə təkcə cəbhədə deyil, informasiya müstəvisində də aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]