Ölkə

Milli Məclisin deputatı Zeynəb Xanlarova müharibə çağırış etdi - VİDEO

24-02-2017, 23:32

Xeberman.com Modern.az -a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, Azərbaycan prezidenti beynəlxalq konfranslardakı çıxışları ilə nə qədər qətiyyətli lider olduğunu göstərdi:

“Buna görə də hər kəs əmin olsun ki, Azərbaycan prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Hər gün övladlarımızın şəhid olması bizimlə yanaşı, Azərbaycan prezidentini də narahat edir. Şəhidlərimizlə yanaşı, Çingiz, Mübariz kimi qəhrəman oğullarımızın sayının artmasını da unutmamalıyıq. Biz bədgüman olmamalı, Xocalı, eləcə də digər həqiqətlərimizlə bağlı həm ölkəmizdə, həm də ölkədən kənarda danışmalıyıq. Əgər bu danışıqlar olmasaydı, beynəlxalq ictimaiyyətdə, ayrı-ayrı parlamentlərdə Xocalı ilə bağlı qərarlar qəbul edilməzdi”.

B.Muradova qeyd edib ki, Xocalı işğaldan azad edilsə belə, bu faciə haqqında danışılacaq:

“Bu faciəni unutmaq olmaz. Biz erməni vəhşiliyi obrazını ölməyə qoymamalıyıq. Bu baxımdan hesab edirəm ki, zamanında hanısa addımlar atmaq lazımdırsa, onu siyasət və danışıqlarla möhkəmləndirməliyik. Artıq ABŞ-ın 23-cü ştatı da Xocalını soyqırımı kimi qəbul edib. Mən əminəm ki, Azərbaycan dövlətinin məsələnin siyasi və ideoloji tərəfini daim gündəmdə saxlaması siyasəti tamamilə doğrudur. Biz də Azərbaycan xalqı olaraq bu siyasətin möhkəmləndirməsinə öz töhfəmizi verməliyik. Xocalıda baş verən hadisə insanlığa utancdır”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]