Ölkə

İcra başçısının biabırçı nitqi - TOY VİDEOSU

14-02-2017, 11:54
İcra başçısının biabırçı nitqi - TOY VİDEOSU
Xalqımızın gözəl adət-ənənələri var. Gənclərin xeyir işlərində nəslin ağsaqqalına, ağbirçəyinə və hörmətli şəxsinə xüsusi nitq üçün söz verilir. Eyni hal demək olar ki, Azərbaycanın bütün regionlarında var.

Xeberman.com İstiPress -a istinadən xəbər verir ki, sosial şəbəkədə Zərdab rayon icra başçısı Lütfəli Babayevin qatıldığı məclisdən videosu yayılıb. Videoda icra başçısı bəy və gəlinin sağlığına çıxış etməzdən əvvəl ölkə başçısı barədə çıxış edir. Lakin onun dedikləri gülüş hədəfinə çevrilib:

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə 20 faiz torpaqlarımız işğal altındadır. O günü arzu edirəm ki, belə şənliklər Qarabağda olsun".
Sosial şəbəkədə icra başçısının çıxışını izləyənlər sonuncu badəni ona süzəni qınayıblar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]