Ölkə

Fikrət Fərəməzoğlunun hüquq müdafiə komitəsi 14 fevral saat 14 00- da toplantı keçirəcək

13-02-2017, 23:38
Fikrət Fərəməzoğlunun hüquq müdafiə komitəsi 14 fevral  saat 14 00- da toplantı keçirəcək Faiqə Nosret Fikrət Fəraməzoğlunun həbsindən və onun müdafiə komitəsinin toplantısından yazıb . Xeberman.com saytı Faiqə Nosretinin yazısını təqdim edir.
JAM.az saytının həbsdə olan baş redaktoru Fikrət Fəraməzoğlunun DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığı işgəncələrlə bağlı onun son məhkəmə prosesində söylədiklərindən xəbəriniz varmı?
Yoxdursa, oxuyun: "34 gün "Bandotdel"-də saxlanılmağım, 12 gün susuz vaxtaşırı fiziki və pisxoloji işgəncələrə məruz qalmağımın yaratdığı fəsadların əziyyətini bu gün də çəkirəm. Döyülmə nəticəsində 2 dişim sındırılıb, digər 6 dişim əsəbdən çürüməyə başlayıb. Ayağıma dəyən zərbələr nəticəsində bu gün də normal oturub- dura bilmirəm. Bədənimə, börəklərimə vurulan zərbələr ucubatından börəklərimin ağrılarını ağri kəsiciylə dindirə bilirəm. Baş ağrılarım pik həddədir. Daima müşahidə altında saxlanılma, 24 saat yanan ağ ışıq altında yatmaq, quru makaron və yağsız supla qidalanmaq isə bir ayrı "ləzzət"- dir. Elə bu səbəbdən idi ki 34 gün ərzində 20 kg arıqlamalı oldum. Vəkildən imtinaya məcbur edilməyim, ailəmlə təhdid olunmağım, həyat yoldaşımın ölkədən deportasiya etmələri üçün edilən cəhdlər isə tam başqa məşəqqət idi. "Bandotdel"- də yaşadıqlarımı, üzləşdiyim mənzərələri bəzən ifadə etməyə söz tapa bilmirəm. Çünki həmin anları ifadə etməyə sözün də gücü çatmır. Sadəcə bütün bunları belə ifadə edə bilərəm ki, "Bandotdel" cinayətkarlıqla mübarizə aparan idarə yox, cinayətkarların işgəncə apardığı mərkəzdən başqa bir şey deyil".
Görürüsünüzmü biz necə ölkədə yaşayırıq və bizim təhlükəsizliyimizi necə "qoruyurlar"? Yəqin ki əlavə şərhə ehtiyac yoxdur...
Fikrət Fərəməzoğlu ilə bağlı hazırda davam edən məhkəmə prosesində yol verilən çoxsaylı qanun pozuntularına dair 14 fevral 2017- ci il saat 14 00- da toplantı keçiriləcək və toplantıda onun müdafiəçiləri tərəfindən bu barədə daha ətraflı məlumat veriləcək. Eyni zamanda toplantıda onun təsisçisi və redaktoru olduğu jam.az saytının yeni redaktədə təqdimatı olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]