Ölkə

Quyuda odlu silah saxlayan Nardaran sakini tutuldu

13-02-2017, 17:36
Quyuda odlu silah saxlayan Nardaran sakini tutuldu
Daxili İşlər Nazirliyindən Xeberman.com -a verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Nardaran qəsəbə sakini Ağarza Rzayevin həyətindəki su quyusuna iplə sallanmış lüləsi kəsik İJ-16 markalı tüfəng və 1 ədəd süngü-bıçaq götürülüb. Əməliyyat zamanı Ağarza Rzayev də həbs edilib.

Narkotiklərlə Mübarizə Baş İdarəsi və Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Şabran rayon sakini Kamal Qafarovdan pnevmatik tapança tapılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]