Ölkə

“Niva” avtomobilləri ilə avtoşluq edənlər peyda olub - VİDEO

12-02-2017, 01:25

"Niva" markalı 2- 3 avtomobil paytaxt küçələri ilə sürətlə hərəkət edir.

Avtomobillərin arasından təhlükəli keçidlər edən sürücülər həm öz, həm də digərlərinin həyatını təhlükəyə atırlar.

Hətta qəza baş verir və avtomobil piyada keçidinin üstünə qalxır.

Sosial şəbəkələrdə yayılan bu görüntülərin bir hissəsi paytaxt yollarında çəkilib.

Tanınmamaq üçün nömrələri gizlədilən avtomobillərin nə zaman çəkildiyi dəqiq göstərilməsə də, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov araşdırma aparılacağını deyir.

Bu sürücülər aşkarlanarsa, avtoxuliqanlıq etdikləri üçün məhkəmə yolu ilə 1 il sürücülük hüququndan məhrum edilə, 500-750 manat cərimə, yaxud da 1 aya qədər həbs edilə bilərlər. Avtomobilin arxa stoplarına yanıb- sönən işıqlar quraşdırdıqları üçün cərimələrinə 150 manat da əlavə olunacaq.

Lakin cərimələri bununla da yekunlaşmır. Avtomobili nömrəsi gizlədilmiş idarə etdikləri üçün sürücülərə 60 manatlıq cərimə və 4 bal tətbiq ediləcək.

Vaqif Əsədov bilidirir ki, belələri adətən vaxtı bitmiş nömrələrlə avtomobili idarə edirlər, amma bu da cərimədir.

Əgər avtomobilin üzərində olan tranzit nömrənin vaxtı bitibsə, bu zaman sürücü 50 manat miqdarında cərimə olunur. (“Xəzər TV”)

Administratorla əlaqə

077 611-55-22

[email protected]