Ölkə

Cərimə olunub, amma protokolda məbləğ göstərilməyib - VİDEO

11-02-2017, 14:02

Yol polisi tərəfindən yazılan cərimə protokolunda heç bir məbləğ göstərilməyib. Hadisə Gədəbəy sakini Elməddin Aslanlının başına Gəncə şəhərində gəlib. O, avtomobil ilə gedərkən sol küçəyə dönüb. Bunu görən yol polisləri onu dayandıraraq qəza şəraiti yaratdıgı üçün cərimə tətbiq ediblər.
Elməddin Aslanlı polislə razılaşmasa da, ona protokol yazılıb. Ancaq kağızda heç bir məbləğ göstərilməyib. Sürücünün sözlərinə görə, inzibati cəza üçün heç bir əsas olmayıb. Yol polisinin qərarına etiraz edən sürücü ondan təhlükəsizlik kameralarının görüntülərini tələb edib. Polis isə məbləğ yazılmamış protokolu təqdim etməklə kifayətlənib.
Bəs görəsən belə hallarda sürücü nə etməlidir?
Ekspert Ərşad Hüseynov deyir ki, sürücü polisin qərarına etiraz edirsə, protokolda məbləg göstərilməyə bilər. Sürücü ona nə qədər cərimə tətbiq olundugunu dövlət yol polisinin elektron məlumat bazasından öyrənməlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]