Ölkə

Şəhid Çingiz Qurbanovla vida mərasimi keçiriləcək

6-02-2017, 00:03

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, şəhidlə vida mərasimi fevralın 6-da səhər saat 09:30-da Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Ç. Qurbanovun nəşi fevralın 5-də geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Ç.Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]