Ölkə

Cəlilabadın icra başçısı aprel şəhidinin sığorta pulunu məniməsməkdə ittiham olunur

24-01-2017, 19:00
Aprel döyüşlərində şəhid olan Röyal Nəsirovun ailəsi oğlunun dövlət tərəfindən onlara ayrılan 11 min manat sığorta pulunun verilmədiyindən şikayətçıdır.

Bu barədə Missiya.Az-a məlumat verən şəhidin atası İmran Nəsirovun sözlərinə görə, sığorta pulu Cəlilabad şəhər İcra Hakimiyyəti tərəfindən verilməlidir.

«Mən dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişəm. Amma müraciətlərim heç bir nəticə verməyib. Bu pul mənim haqqımdır. Dövlət tərəfindən bizə ayrılan pulu nəyə görə, İcra Hakimiyyəti yeməlidir»,-deyə şəhidin atası bildirib.

Şəhid Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində kəndində anadan olub.

1069.jpg
İmran Nəsirov - şəhid Röyal Nəsirovun atası

Röyal Nəsirov 2015-ci ilin iyul ayında Səfərbərlik və Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb. Doqquz ayın əsgəri olan şəhid Röyal Nəsirov pulomyotçu kimi düşmənə qarşı vuruşub. O,Tərtər rayonunda yerləşən cəbhənin təmas xəttində Qapanlı kəndi ətrafında gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Şəhidimizin 40 mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və rayonun digər yüksək çinli məmurları iştirak etsə də, yas mərasimindən sonra Röyalın ailəsinə müvafiq yardım göstərilməyib.

Məslə ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_1070.jpg
Əziz Əzizov - Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı

Administratorla əlaqə

077 611-55-22

[email protected]