Ölkə

"Hadisəni 150 min dollara ölkəyə gətirənlər öz qadınlarının ətəyini qaldırsınlar"

2-01-2017, 16:48
"Hadisəni 150 min dollara ölkəyə gətirənlər öz qadınlarının ətəyini qaldırsınlar"
Bir generalın fərasətli yavəri vardı. Yavərin tək  nöqsanı bu idi ki, komandirinin evinə gələndə gözaltı arvadına baxardı. Bu xasiyyət  generalın xoşuna gəlməsə də yavəri itirmək istəmirdi. Onu tərbiyələndirmək qərarına gəldi:

Böyük bir məcməyidə yumurta soyutmalayıb, şəhərin mahir rəssamlarına payladı. Xahiş etdi ki, hərəsi bir yumurtanı öz zövqlərinə uyğun ən gözəl tərzdə bəzəsinlər...

Sabahı gün həmin bəzənmiş yumurtaları yavərinin qabağına qoydu. Sonra onun gözünün qabağında general yumurtaları bir-bir soyub başqa bir məcməyiyə yığdı. Nəhayət, yavərə demək istədiyini dedi:
 - Görürsənmi, yumurtaların bəzənmiş qabıqlarını soyanda hamısı eyni olur? Qadınlar da belədir, onların paltarlarını soyunduranda (Oxucularımdan üzr istəyirəm – P.Y.) bu yumurta kimi biri-birlərinə bənzəyirlər. Mənim də arvadım eynən səninki kimidir, çox baxmağa dəyməz.
Bundan sonra yavər bir daha komandirinin arvadına baxmadı.

Söz ardı: Xalqın bu ac-yalavac vaxtında Hadisəyə 150 min dollar verib ölkəyə gətirən və onun açıq qıçlarına baxanlara tövsiyyə edirəm ki, vaxtları olanda öz qadınlarının ətəyini qaldırsınlar (Bir daha üzr istəyirəm!) inanıram ki, Hadisədə gördüklərindən daha yaxşısını, həm də başqalarının görmədiklərini görəcəklər! 

Xüsusi qeyd: Allah şahiddir ki, bunu mən kimisə təhqir üçün yazmadım, Sadəcə belə şeylərə pul xərcləyən bir para şəxslərin ibrət alması və ağıllarını başlarına yığmaları üçün yazdım! 

Administratorla əlaqə

077 611-55-22

[email protected]