Ölkə

Vətəndaş ağıznı tikərək aclıq edir

2-01-2017, 15:53

Nicat İbrahim adlı şəxs ağzını tikərək ölüm aclığına başlayıb. Bu barədə o dekabrın 30-da facebook səhifəsində video-müraciət yayıb və ekran qarşısında ağzını tikib. (https://www.facebook.com/profile.php?id=100008712160124)

Öz növbəsində, NİDA Vətəndaş Hərəkatı da bu məlumatı yayıb və Nicat İbrahimin hərəkata qoşulduğunu bildirib.

Nicad İbrahim video-müraciətində bildirir ki, 2008-ci ildə Abşeron rayonunda vəzifəli şəxs ondan 32.000 ABŞ dolları alaraq, bunun müqabilində torpaq sahəsi satılmasına söz verib. Ancaq ona nə torpaq sahəsi verilib, nə də pulu qaytarılmır. Video müraciətində qeyd edir ki, ümumilikdə vəzifəli şəxslər ona 46.910 ABŞ dolları borcludurlar.

Nicad İbrahim hətta o zaman polislər tərəfindən üç gullə yarası aldığını deyir və güllə yaralarının qeyd olunduğu ekprizi, fotonu nümayiş etdirir. Eyni zamanda, məhkəmə qəararını da göstərir və orada onun özünə üç güllə vurduğunun qeyd edildiyini deyir.

İbrahim dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etməsinin nəticə vermədiyini bildirir.

Rəsmi orqanlar və video-müraciətdə adı hallandırılan şəxslər hələ Nicat İbrahimin bəyanatına münasibət bildirməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]